Müsəlmanlar
Müəlləfeyi-qülub kimlərdir?

Müəlləfeyi-qülub kimlərdir?

Sual: Müəlləfeyi-qülub kimlərdir? Onlar mütləq qeyri-müsəlman olmalıdırlar? Onlara zəkat vermək olar?

Cavab: Müəlləfeyi-qülub kateqoriyasına daxil olanlar qeyri-müsəlmanlar da ola bilər, İslamı qəbul edənlər də, İslamı təbliğ edən şəxslər də.

Tutalım ki, bir nəfər İslam dini haqqında başqalarına məlumat verir. Yəni, təbliğlə məşğul olur. Ona zəkat vermək olar. O da gedib insanlara nə isə bir xeyirxahlıq edər, elmi yığıncaqlar keçirər, onlara müəyyən məsələlərdə kömək edər və sairə və ilaxır. Təzə müsəlman olanların etiqadını qüvvətləndirmək üçün də zəkat vermək olar. İnsanları İslama dəvət edənlər də buna daxildir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Əlavə məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/636.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.