Müsəlmanlar

Kofe ilə fala baxmaq da sehrdir?

Sual: Qəhvə ilə fala baxmağın baxıcılıqla bir əlaqəsi var? O gün bir kafedə çörək yeyirdim. Gördüm ki, qonşu stolda bir qadın yanındakı cavan qızın falına baxır. Özü də kofe ilə! İçdikdən sonra fincanın dibində qalan qəhvə qırıntılarına baxaraq. Mən buna təəccübləndim. Bu məsələ İslamda necə qiymətləndirilir?

Cavab: Bəli, hər ikisi yalandır. Baxıcılar əslində ağıllı insanlardır. Belə ki, ümumi sözlər deyirlər, ümumi danışırlar. Misal üçün, onların yanına gedən insanlara deyirlər ki, bu gün sənə bir xəbər gələcək, bu gün filan şey baş verəcək. Oraya gedən insan özünü bu işi görən şəxsə təslim etməyə bir növ hazır olur! Yəni, psixoloji cəhətdən təsir altına düşür. Halbuki baxıcıların sözləri ümumi şeylərdir. Gündəlik həyatda tez-tez baş verən hadisələrdən danışırlar.

Bu kimi şeylər İslama əsasən yolverilməz və qəbulolunmazdır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

http://www.muselmanlar.com/fitvalar/fal-sehr-cadu

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.