Bəqərə surəsinin 200-cü ayəsi təriqətlərin ucadan zikrinə sübutdur?
Müsəlmanlar > Fitvalar > Təsəvvüf-təriqət Tarix: 28 Mayıs 2012 Tövsiyə et Çap et
Sual: Deyilənə görə Quranın Bəqərə surəsinin 200-cü ayəsi ucadan zikr üçün bir dəlildir. Həqiqətən də, bu ayənin təriqətlərdəki zikrlə bir əlaqəsi var?

Cavab: Xeyr, əlaqəsi yoxdur. Məlumdur ki, peyğəmbərin vəfatının üstündən xeyli vaxt keçdikdən sonra müsəlman dünyasında Uzaq Şərqdən gələn batil fikirlərin təsiri ilə təriqətlər və sufi cərəyanları (təsəvvüf) meydana gəlib. Beləcə, təzə bir struktur formalaşmış, Allah və bəndənin arasına şeyxlər “daxil olmağa” başlamışdır. Nəticədə Uzaq Şərq və ya yəhudilərin Kabbala (Qabbala) mistikasından irəli gələn bir sıra batil fikirlər müsəlmanların arasında özünə möhkəm yer tutub.

Təriqətlərin Quranda özləri ilə əlaqədar açıq-aydın bir ayə tapmaqları qeyri-mümkündür. Buna görə də Quranın bəzi ayələrini özlərinə tərəf “çəkməyə” çalışırlar. İddia edirlər ki, filan ayə bizimlə əlaqədardır. Halbuki belə bir şey mümkün deyil.

Bizim onlara məsləhətimiz odur ki, şeyxinizi bir müəllim kimi görün. Əgər şeyxiniz sizə dininizi öyrədir, Allahla bəndənin arasına girmir və: “Gəlin, məndən əl alın”, – demirsə, qısa desək, sadəcə olaraq bir müəllimdirsə, bunun bir eybi yoxdur.  Yəni, onun haqqında: “Bu həzrət qəbir və axirət həyatında bizim üçün filan şeyləri edəcək” kimi bir fikir hökm sürmürsə, bir problem yoxdur. Amma ondan bir sıra mənəvi-ruhani şeylər umursunuzsa, buna görə axirətdə mütləq haqq-hesaba çəkiləcəksiniz.

İnsanı ən çox yoldan çıxardan da dünya malına olan sevgidir. Əgər siz insanları istismar etmək istəyirsinizsə, bilin ki, bu, dindən sui-istifadə etmədən, xeyli çətindir. Din birinci sırada yer tutur. Sonra sağlamlıq, daha sonra təlim-tərbiyə və təhsil sahəsi gəlir. Bu sahələrdən sui-istifadə yolu ilə insanları istismar etmək mümkündür. Bununla belə, bunlardan heç biri din sahəsindəki istismarın yerini tuta bilməz.

Əgər bu işləri düzgün yerinə yetirmək istəsən, insanlara: “Allaha qul (bəndə) olun”, – deməlisən. Elə isə Allaha bəndə olan insan nə üçün sənin qulun olmalıdır? “Allaha gedən yol bizdən keçir” dediyin vaxt insanlar təbii ki, sənin qulun olarlar. Bu da öz növbəsində yolverilməzdir.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.473 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Dara düşdüyümüz vaxt qəbirlərdən kömək diləməklə əlaqədar bir hədis var? 10.03.10 3.196 dəfə oxundu
2 Nəfsin mərtəbələri nədən ibarətdir? 10.05.10 2.605 dəfə oxundu
3 Təriqət dərsinə getmək lazımdır? 08.07.11 1.647 dəfə oxundu
4 Qurani-Kərimdə təriqətlə əlaqədar hər hansı bir ayə var? 26.07.09 2.279 dəfə oxundu
5 Vəhy və ilhamın arasında fərq var? Vəhy hamıya gələ bilər? 14.05.10 2.038 dəfə oxundu
6 Xəlifə Ömər yağış duasında həzrəti Abbasla təvəssül edib? 07.10.11 1.933 dəfə oxundu
7 Allah dostları məsələsi 26.07.09 1.887 dəfə oxundu
8 Nəfsimizi tərbiyə etmək üçün halal şeyləri özümüzə haram etməyimiz düzgündür? 18.06.10 1.851 dəfə oxundu
9 Dini məsələlərdə bir alimə tabe olmaq səhvdir? 09.02.12 2.156 dəfə oxundu
10 Təriqətlərdə üstünlük təşkil edən əqidə və anlayışlar 26.07.09 2.689 dəfə oxundu
11 Din böyüklərini müqəddəs hesab etmək 22.07.10 2.453 dəfə oxundu
12 İslamda Üveysilik var? 05.04.12 1.503 dəfə oxundu
13 Bəlqisin taxtının Yəməndən Qüdsə gəririlməsi kəramət deyilmi? 01.03.10 1.839 dəfə oxundu
14 Peyğəmbəri tanrılaşdırmaq 30.03.10 3.119 dəfə oxundu
15 Bəqərə surəsinin 200-cü ayəsi təriqətlərin ucadan zikrinə sübutdur? 28.05.12 1.473 dəfə oxundu
16 Dinin geyim-kecimdən ibarət olduğunu güman etmək 28.07.09 1.690 dəfə oxundu
17 Din 31.03.10 2.990 dəfə oxundu
18 Tayyi-məkan var? Şeyxlər insanın ürəyindən keçənləri bilə bilərlər? 02.03.13 1.373 dəfə oxundu
19 Qurana müvafiq rəftar etmək 28.07.09 1.497 dəfə oxundu
20 Ölüdən kömək gözləmək 28.03.10 3.851 dəfə oxundu
21 Allahın gözüylə görmək nə deməkdir? 01.05.13 1.477 dəfə oxundu
22 “Ümmətimin alimləri İsrail oğullarının peyğəmbərləri kimidirlər” hədisi səhihdir? 28.07.09 1.863 dəfə oxundu
23 Şəfaət inancı 08.02.11 2.966 dəfə oxundu
24 “Vəhdəti-vücud” nə deməkdir? 28.12.13 1.879 dəfə oxundu
25 Vəkil sözünü insanlar haqqında işlətmək düzdür? 21.05.14 1.028 dəfə oxundu
26 Kəramət nə deməkdir? 15.02.11 3.996 dəfə oxundu
27 Təriqətlərdəki cəzbə halı nə deməkdir? 26.03.11 1.749 dəfə oxundu
28 Təriqətlərdəki insani-kamil məfhumunun izahı 07.03.11 1.535 dəfə oxundu
29 Təriqətlərin rabitə inancı dini cəhətdən düzgündür? 12.02.10 1.605 dəfə oxundu
30 Siz təsəvvüf əhlinə kafir deyirsiniz? 08.03.11 1.809 dəfə oxundu
31 Təriqətlərdə mövcud olan tövbə almaq nə deməkdir? 12.02.10 2.177 dəfə oxundu
32 18 min aləm söhbəti düzdür? 17.03.11 4.425 dəfə oxundu
33 Zikrli ilahi və kollektiv zikr haqında fikriniz nədir? 11.02.10 1.844 dəfə oxundu
34 Şəfa tapmaq üçün silsilə ilə dua və ibadət etmək olar? 12.04.11 3.809 dəfə oxundu
35 Səid Nursinin sözləri ilham ola bilməzmi? 11.02.10 1.824 dəfə oxundu
36 Təriqətçilər hansı məqsədlə rabitə ilə məşğul olurlar? 14.04.11 1.576 dəfə oxundu
37 Ənvaru-l Aşiqin necə bir kitabdır? 14.08.14 1.033 dəfə oxundu
38 Təriqətə daxil olan insanlar öz üsullarına əsasən zikr edə bilərlər? 20.05.11 1.634 dəfə oxundu
39 Feyz nə deməkdir? Şeyxlər feyz paylaya bilərlər? 12.03.10 1.831 dəfə oxundu
40 Rəvasi nə deməkdir? 21.06.11 1.654 dəfə oxundu