Müsəlmanlar
Rəsmi formada boşanmaq dini cəhətdən də məqbul hesab olunur?

Rəsmi formada boşanmaq dini cəhətdən də məqbul hesab olunur?

Sual: Rəsmi qaydada boşanmaq Quranın hökmlərini ehtiva edir? Əgər etmirsə, bu ölkədə (Türkiyə) boşandıqlarını güman edən ailələrin vəziyyəti necə olacaq?

Cavab: Hal-hazırda boşanma məsələsində tətbiq olunan sistem fitrətə ziddir. Türkiyə və Avropada qüvvədə olan sistem fitrətə tamamilə ziddir.

Qeyd edək ki, Fransız inqilabında katolik kilsəsinə qarşı bir müvəffəqiyyət əldə olundu. Lakin bu, müxalifət sahəsi ilə məhdud qaldı. Təəssüf ki, iqtidarda lazımi müvəffəqiyyət olmadı. Nəticədə təzədən tənzimləmə və formalaşdırma işlərində məhkəmə, dövlət və dövlət təşkilatları katolik kilsəsinə oxşadıldı. İnsanlar da katolik əqidəsinə mənsub olanlara oxşadıldı. Beləcə, azadlığın əl-qolunu ciddi dərəcədə bağlayan bir quruluş formalaşdı.

Hazırkı dövrdə insanlar azadlıq məsələsini dillərinə dolayıblar. Lakin quruluşlar bu baxımdan xeyli problemlidir. Bütün bunların məhkəmə işlərinə sirayət edən tərəfləri də var. Belə ki, boşanmalarda səlahiyyətli şəxs ər-arvad deyil, məhkəmə hakimidir. Bu, qətiyyən qəbul edilə bilməz. Çünki həmin ailədə birgə yaşayan hakim deyil, məhz qadınla kişidir. Əgər onlar artıq birlikdə yaşamaq istəmirlərsə, hakim ancaq bununla əlaqədar bir qərar verə bilər. Bunun xaricində görməli olduğu bir iş yoxdur.

İndiki dövrdə tərəflər hakimi qane etmək üçün səy göstərirlər. Tərəflərdən biri ayrılmaq istəmədiyi vaxt hakim onun tərəfini saxlayır. Beləliklə, boşanma qərarı alındığı vaxt kişi və qadın tərəfi ayrılmaq məsələsində öz iradələrini nümayiş etdirirlər. Bu da öz növbəsində onların boşanmış hesab olunmağı üçün kifayət edir. Və bu, hakimin hüzurunda baş verir. Şahidlər də orada olurlar. Oradakı mühit də buna əsasən formalaşır.

Nəticə olaraq, müstəsna hallar xaric olmaqla, məhkəmədə həyata keçirilən boşanmalar etibarlı sayılır. İstisna hallar nədir? Bu hallar çox az baş versə də, bəzən eşidirik ki, filan adam arvadını boşayıb, amma qadının bundan xəbəri yoxdur. Bunlar təbii ki, istisnadır və ümumi qaydanı pozmur.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.