Cavab: Sualınıza cavab olaraq aşağıdakı hədisi qeyd etmək istəyirik:
Həzrəti Muhəmməd (s. a. v.) belə demişdir:
“Uşaqlarınıza ox atmağı, ata minməyi və üzməyi öyrədin.”1
Bu hədis göstərir ki, uşaqlara üzməyi öyrətmək peyğəmbərimiz tərəfindən məsləhət görülən bir işdir.
Qeyd edək ki, həzrəti peyğəmbər (s. a. v.) özü də üzməyi bilirdi. O, hələ uşaq vaxtı bir dəfə anası və Ümmü Eymən adlı bir qulluqçu ilə birlikdə Mədinəyə getmişdi. Orada Bəni Nəccar qəbiləsindən olan ən-Nabiğə adlı bir nəfərin evində qalmışdı. Atası Abdullanın qəbri də orada idi. Həzrəti Muhəmməd bu gəzintisi vaxtı həmin qəbiləyə məxsus olan kiçik bir hovuzda üzməyi öyrənmişdi.2
Nəticə olaraq deməliyik ki, üzməyi öyrənmək və öyrətmək İslam dini baxımından mühüm bir məsələdir. Əlavə olaraq üzməyi bilmək bir ehtiyacdır. Odur ki, bu işlə məşğul olmaq təqdirəlayiq bir haldır. Bu işdən əldə olunan qazanc da halaldır.
Sualınızla əlaqədar olaraq aşağıdakı qısa cavabı da oxuyun:
http://www.muselmanlar.com/fitvalar/2537.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: dində üzgüçülük, islamda üzgüçülük, üzgüçülük, üzgüçülüklə məşğul olmaq, üzməyi bilmək, üzməyi öyrənmək sünnədir
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | Müsəlman qadın idman edə bilər? | 03.05.10 | 414 dəfə oxundu |
| 2 | “Atıcılığı öyrəndikdən sonra buraxan bizdən deyil” sözü hədisdir? | 29.11.10 | 415 dəfə oxundu |
| 3 | Kulturizmlə məşğul olmaq günahdır? | 25.06.10 | 523 dəfə oxundu |
| 4 | Kişi və qadınların qarışıq olduğu idman zalına getmək olar? | 17.01.11 | 395 dəfə oxundu |
| 5 | İslamda üzgüçülüyə münasibət | 26.01.12 | 148 dəfə oxundu |