Əsgərlikdə olanlar Cümə namazını nə cür qıla bilərlər?
Müsəlmanlar > Cümə namazı > Fitvalar > Tövsiyə-məsləhət Tarix: 07 Ocak 2012 Tövsiyə et Çap et
Sual: Mən yaxın bir vaxtda hərbi xidmətə yollanacağam. Ümid edirəm ki, orada gündəlik namazlarımı birtəhər qıla bilərəm. Bəs cəm halda qılınmalı olan Cümə namazını necə qılacağam? Xahiş edirəm, mənə bu məsələdə bir məsləhət verin.

Cavab: Allah Təala Qurani-Kərimdə Cümə namazının fərz olduğunu bildirir:

“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldıqda dərhal Allahı yad (zikr) etməyə tələsin və al-veri (ticarət) saxlayın! Bilsəniz, bu sizin üçün daha xeyirlidir. Namaz qurtardıqda dərhal yer üzünə dağılışın və Allahın lütfündən istəyin. Allahı çox zikr edin ki, bəlkə, umduğunuza qovuşasınız (nicat tapasınız)”. (Cümə, 62/9-10)

Quran ayələrində heç bir namaz haqqında: “Daha xeyirlidir”, – deyilmir. Bu ifadə təkcə Cümə namazı haqqında işlədilib. Odur ki, gündəlik (5 vaxt) namazları hər bir şərait (hətta müharibədə belə) və vəziyyətdə qılınmalıdır. Bununla belə, Cümə namazı bəzi hallarda qılınmaya bilər. Muhəmməd peyğəmbərdən (s. a. v.) bununla əlaqədar olaraq aşağıdakı hədislər nəql edilmişdir:

“Abdulla ibn Abbas (r. a.) yağışlı bir gündə müəzzinə dedi ki, azan oxuduğun vaxt: “Əşhədu ənnə Muhəmmədən Rəsulullah”, – dedikdən sonra: “Hayyə alə-s-saləəh”, – demə. De ki, namazlarınızı evlərinizdə qılın.

İnsanlar Abdulla ibn Abbasın bu hərəkətini qəribsədilər. O da bunun müqabilində cavab verdi ki, bunu mən yox, məndən daha yaxşı və xeyirli olan (Muhəmməd peyğəmbər) belə edib. Cümə namazını qılmaq fərz (vacib) olduğuna görə mən sizə çətinlik törətmək istəmədim. Əgər elə olsaydı, palçıqlı və sürüşkən bir yerdə yeriməli olacaqdınız.” (Buxari, Cümə, 14)

Peyğəmbərin xanımı Aişə belə nəql etmişdir:

“Camaat öz yerlərindən və Əvalidən növbə ilə Cümə namazına gəlirdi. Gəldikləri vaxt toz-torpaq içində olurdular; toz-torpağa və qan-tərə batırdılar. Onlardan elə hey tər axırdı. Peyğəmbər mənim yanımda olduğu vaxt həmin adamlardan bir nəfər gəlmişdi. Peyğəmbər buyurdu ki, kaş ki, bu gün üçün təmizlənmiş olaydınız.” (Buxari, Cümə, 15)

Bu rəvayətlər göstərir ki, bəzi məcburi hallarda Cümə namazı tərk edilə bilər. Əsgərlik də bu məcburi hallardan biridir. Belə hallarda o günün günorta (zöhr) namazını qılmaq lazımdır.

Yeri gəlmişkən, bu məsələ ilə əlaqədar olaraq aşağıdakı qısa yazılara da nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/3934.html

http://www.muselmanlar.com/fitvalar/2847.html

http://www.muselmanlar.com/fitvalar/2845.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
2.075 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Əgər evdə isti su yoxdursa, necə qüsl vermək olar? 23.06.10 12.898 dəfə oxundu
2 Allah və xilqətlə əlaqədar suallar insanı kafirləşdirir? 11.03.11 2.097 dəfə oxundu
3 Tövrat və İncili oxumaq haramdırmı? 07.07.17 272 dəfə oxundu
4 Altı həftəlik yay kursunda şagirdlərə nə öyrətmək olar? 23.06.10 2.577 dəfə oxundu
5 Ata-ana övladı çağırdığı vaxt hər dəfə yanlarına getməlidir? 12.06.11 2.726 dəfə oxundu
6 Vücudumuza cəfa vermək əcəlimizi qısaldırmı? 10.07.17 237 dəfə oxundu
7 Hansı zikr kıtabını oxumaq lazımdır? 06.07.10 3.427 dəfə oxundu
8 Qurandakı xüsusi sözlər üçün hansı mənbələrə baxmaq lazımdır? 17.07.11 2.330 dəfə oxundu
9 Əlimizdəki imkanları, malı necə dəyərləndirəcəyik? 28.07.17 55 dəfə oxundu
10 Qeyri-müsəlmanlarla evlənmək olarmı? 18.04.16 1.140 dəfə oxundu
11 Müsəlman ölkələrində Cümə namazı neçə rükət qılınır? 14.10.11 7.608 dəfə oxundu
12 Əxlaqımı püxtələşdirmək istəyirəm. Məsləhətiniz nədir? 13.07.10 2.742 dəfə oxundu
13 Dini məsələlərdə vəsvəsədən nə cür xilas olmaq olar? 10.12.11 3.748 dəfə oxundu
14 İnsanda vəsvəsə həmişə davam edə bilər? 14.06.11 3.769 dəfə oxundu
15 Qızımda depressiya var. Nə edim? 22.11.10 3.155 dəfə oxundu
16 Səfər ayına məxsus bir ibadət var? 27.12.11 2.006 dəfə oxundu
17 Mənə elə gəlir ki, Allah mənə kömək etmir. Bu halda nə etməliyəm? 09.03.10 5.519 dəfə oxundu
18 Uşaqlara İslamı necə başa salmaq lazımdır? 02.12.10 2.877 dəfə oxundu
19 Arvadına zülm verəcəyindən qorxan bir nəfər evlənməyə bilər? 03.01.12 2.814 dəfə oxundu
20 Əsgərlikdə namazı necə qılmaq olar? 01.10.11 3.569 dəfə oxundu
21 Ümidsizliyin əlacı nədir? 03.12.10 4.502 dəfə oxundu
22 Əsgərlikdə olanlar Cümə namazını nə cür qıla bilərlər? 07.01.12 2.075 dəfə oxundu
23 Mənim 40 min manat borcum var və bundan heç cür xilas ola bilmirəm. 11.09.09 4.084 dəfə oxundu
24 Hafizliyi itirməmək üçün nə etmək lazımdır? 11.01.11 2.427 dəfə oxundu
25 Namazı iş yerində oturulu qılmaq olar? 09.01.12 4.103 dəfə oxundu
26 İmanın zəifliyi, namazdan soyumaq və namaz qıla bilməmək 15.01.10 5.330 dəfə oxundu
27 Bəzən sübh namazına dura bilmirəm. Bunu necə həll edim? 29.03.10 15.017 dəfə oxundu
28 Şagird və tələbələr namazlarını cəm edə bilərlər? 12.01.12 3.570 dəfə oxundu
29 Quranda hər şey yazılıb? 15.01.10 3.754 dəfə oxundu
30 Xüşu və xüşulu olmaq nə deməkdir? 04.02.11 5.031 dəfə oxundu
31 Müvəqqəti formada içkili bir yerdə işləmək olar? 25.06.12 2.110 dəfə oxundu
32 Pornoqrafik şəkil və filmlərə baxmamaq üçün nə etməliyəm? 15.01.10 7.297 dəfə oxundu
33 Namazda xüşulu olmaq üçün nə etmək lazımdır? 04.02.11 3.647 dəfə oxundu
34 Süd bankı məsələsinə necə yanaşırsınız? 31.03.13 1.624 dəfə oxundu
35 Quran əleyhinə danışanlarla münasibətimiz necə olmalıdır? 08.02.16 827 dəfə oxundu
36 Atamgil məni pulsuzluğa görə evləndirmirlər. Mən nə edim? 09.02.11 4.225 dəfə oxundu
37 Hazırkı dövrdə Quran və hafizlik nə cür tədris olunmalıdır? 20.05.13 1.449 dəfə oxundu
38 Müvəffəq olmağın yolu nədən keçir? Dində bu barədə nə deyilir? 17.04.10 2.468 dəfə oxundu
39 Cinsi əlaqədən qabaq hansı duanı oxumaq lazımdır? 19.02.11 23.625 dəfə oxundu
40 Bu zəmanədə Qurana nə cür xidmət etmək olar? 06.02.14 1.772 dəfə oxundu
41 Ayələrə zidd danışan şəxslərə həmişə müdaxilə etmək lazımdır? 18.11.14 1.205 dəfə oxundu
42 Biz bütün danışıqlarımızda“inşallah” deməliyik? 10.11.11 3.023 dəfə oxundu
43 Allah yoxmuş kimi davrananlara münasibətimiz necə olmalıdır? 11.03.16 797 dəfə oxundu
44 14 yaşım var, örtünmək istəyirəm. Nə etməliyəm? 17.09.14 3.199 dəfə oxundu
45 Dediyimiz nəziri hökmən dediyimiz kasıba verməliyik? 10.03.11 2.098 dəfə oxundu
46 Qurana görə tövbəsi qəbul edilməyənlər kimlərdir? 10.02.17 680 dəfə oxundu