Çaxırdan emal edilən balzamik sirkə halaldır?
Müsəlmanlar > Fitvalar > Yemək-içmək Tarix: 17 Kasım 2011 Tövsiyə et Çap et
Sual: Bizim bir mini marketimiz var. İstəyirik ki, orada balzamik sirkə də sataq. Bu sirkə ağ çaxırdan istehsal olunur. Belə olan halda, onu xörəklərdə işlətmək, eləcə də, istehsal etmək və satmaq olar?

Cavab: Sirkə emalı zamanı üzüm və ya alma əvvəlcə mütləq şərab-çaxır halına gəlməlidir. Əks təqdirdə, sirkə olmur.

“Alma, ərik, alça və tut kimi meyvələrdən də sirkə hazırlamaq olur. Hansı meyvədən olursa olsun, əvvəlcə həmin meyvənin şərabı alınır. Sonra da bu şərab sirkə bakteriyaları tərəfindən mayalanıb sirkə halına gəlir”.1

Peyğəmbərin (s. a. v.) hədislərində də deyilir ki, sirkə halaldır. Cabir ibn Abdulladan nəql ediliyinə əsasən Muhəmməd (s. a. v.) belə demişdir:

“Sirkə necə də gözəl bir əlavədir!”2

Qeyd edək ki, haram olan bir şey fermantasiya nəticəsində halal hala gələ bilər. Şərabdan əldə olunan sirkəni işlətmək halaldır. Bir şeyin əslinin halal və ya haram olmağı deyil, axırıncı halı əsasdır. Yəni, əsas olan meydana gələn maddədir. Fqh (İslam hüququ) elmində buna istihalə deyilir. İstihalə bir şeyin quruluş və təbiətinin dəyişib təzə/başqa bir maddəyə çevrilməsi deməkdir.

Beləliklə, şərabın özü haram olsa da, ondan hazırlanan sirkə halaldır. Eyni şey bunun tərsi üçün də qüvvədədir. Üzümün suyu halaldır. Amma şərab halına gəldiyi vaxt haram olur.

Nəticə etibarilə balzamik sirkənin istehsalı, eləcə də, işlədilməsi və alınıb satılmağında bir problem yoxdur.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazıya da nəzər yetirin:

http://www.muselmanlar.com/fitvalar/2270.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. MƏNBƏ: Sıdıka Bulduk, Gıda Teknolojisi, 5-ci nəşr, Detay nəşriyyatı, Ankara, 2009, s. 286-287, Türk dilində. []
  2. Müslim, Əşribə, 164-169; Əbu Davud, Ətimə, 40; Tirmizi, Ətimə, 35; Nəsai, Əyman, 21. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.893 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Donuz gübrəsi (peyini) ilə yetişdirilən məhsulları yemək haramdır? 10.11.15 1.028 dəfə oxundu
2 Qadağa dövründə ov etmək olar? 15.04.11 3.592 dəfə oxundu
3 Əti halal heyvanların iç piyini yemək də halaldır? 08.03.13 1.979 dəfə oxundu
4 İçkili yerlərdə yemək yeməyə getmək olar? 24.03.10 3.031 dəfə oxundu
5 Zəmzəm suyu içənlərin araq içməyi lap çox günahdır? 15.05.11 2.158 dəfə oxundu
6 Sınıq stəkandan su içmək günahdır? 27.03.13 2.541 dəfə oxundu
7 Elektroşok üsulu ilə kəsilən heyvanın ətini yemək olar? 08.04.10 2.106 dəfə oxundu
8 Marketlərdə satılan toyuqları yemək olar? 18.05.11 3.085 dəfə oxundu
9 Qeyri-müsəlmanın ovladığı balıq və dəniz məhsullarını yemək olar? 27.06.13 1.783 dəfə oxundu
10 Siqaret çəkmək də, yağlı yemək də zərərlidir. Bunların hökmü eynidir? 08.04.10 2.926 dəfə oxundu
11 Qurana əsasən mərci, soğan və sarımsağın bir qiyməti yoxdur? 24.05.11 5.023 dəfə oxundu
12 Krevet yemək olar? 05.01.14 2.231 dəfə oxundu
13 Marqarin və donuz piyi 05.07.09 4.259 dəfə oxundu
14 Ölü balıqlar da ayələrdə haram olunan meytə qismindəndir? 29.04.10 4.360 dəfə oxundu
15 Murdar olan heyvanın hansısa bir yerini yemək olar? 04.06.11 1.797 dəfə oxundu
16 Meşədə yetişən çiyələk, böyürtkən və şabalıdı yemək olar? 03.02.14 1.556 dəfə oxundu
17 Pendir, pendir mayası və pendir istehsalı 05.07.09 9.756 dəfə oxundu
18 Başından vurulub öldürülən balıqları yemək olar? 01.05.10 2.198 dəfə oxundu
19 İkra yemək olar? 18.07.11 3.657 dəfə oxundu
20 Qeyri-müsəlmanların kəsdiyi heyvanların ətini yemək olar? 20.04.15 1.465 dəfə oxundu
21 Yəhudi və xristianların kəsdiyi heyvanların ətini yemək olar? 05.07.09 2.675 dəfə oxundu
22 Siz nə üçün içkinin qəti surətdə haram olduğunu deyirsiniz? 13.05.10 12.532 dəfə oxundu
23 Çox yemək insanın qəlbini qaraldır? 19.07.11 2.126 dəfə oxundu
24 Donuz piyindən hazırlanmış sabundan istifadə etmək olarmı? 16.09.16 737 dəfə oxundu
25 Sulu qəlyan çəkmək olar? 05.07.09 4.741 dəfə oxundu
26 Qadın heyvan kəsə bilər? 24.05.10 3.599 dəfə oxundu
27 Sağlamlığa ziyan verən xəmir xörəklərinin hökmü nədir? 08.09.11 2.017 dəfə oxundu
28 Qəbristandakı məhsulları yemək olar? 05.07.09 2.269 dəfə oxundu
29 Çəyirtkə yeməklə əlaqədar fikrinizə təzədən nəzər sala bilərsiniz? 25.05.10 1.999 dəfə oxundu
30 Balığı tam ölməmiş qızardıb yemək düzdür? 22.10.11 1.725 dəfə oxundu
31 Çəyirtkə yemək olar? 05.07.09 3.012 dəfə oxundu
32 Vegetarianlığa münasibət 29.06.10 4.212 dəfə oxundu
33 Tərkibində malt olan qida məhsulları halaldır? 25.10.11 1.688 dəfə oxundu
34 Qurbağa yemək olar? Dində buna icazə verilir? 05.07.09 3.937 dəfə oxundu
35 Kımız içmək olar? 29.06.10 2.080 dəfə oxundu
36 Ölü heyvandan emal edilən yemlə qidalanan heyvanı yemək olar? 26.10.11 1.635 dəfə oxundu
37 Çiy ət, çiy basdırma və bu kimi şeylər yeməyin dini hökmü nədir? 05.07.09 2.666 dəfə oxundu
38 Sirkədəki spirtli maddənin hökmü nədir? 12.07.10 2.275 dəfə oxundu
39 Tərkibində E 120 maddəsi olan qida məhsulları halaldır? 28.10.11 2.092 dəfə oxundu
40 Xaşxaş haramdır? 29.06.10 5.253 dəfə oxundu
41 Meyvələrdəki alkoqolun hökmü nədir? 12.07.10 2.189 dəfə oxundu
42 Çaxırdan emal edilən balzamik sirkə halaldır? 17.11.11 1.893 dəfə oxundu
43 Tualet və mətbəx tullantıları eyni yerə gedir. Bu düzdür? 16.07.10 2.480 dəfə oxundu
44 Haram yem yeyən heyvanın əti halaldır? 13.07.10 2.134 dəfə oxundu
45 Yəhudilərə niyə çox ağır yemək-içmək qadağaları qoyulub? 21.11.11 2.330 dəfə oxundu
46 Spirtsiz pivəni içmək olar? 11.11.11 3.469 dəfə oxundu
47 Molyusk yemək halaldır, yoxsa haram? 02.03.11 2.427 dəfə oxundu
48 Quran nazil olduğu vaxt Məkkədə donuz əti yeyilirdi? 11.02.12 1.854 dəfə oxundu
49 Spirtli içkiləri müalicə məqsədi ilə işlətmək olar? 06.04.11 7.049 dəfə oxundu
50 Cirəgülü bitkisinin çayını içmək olar? 01.04.11 1.630 dəfə oxundu
51 Kefir içmək dini cəhətdən düzgündür? 10.09.12 1.964 dəfə oxundu