Müsəlmanlar

Böyük qurbanlığa maksimum neçə nəfər şərik ola bilər?

Sual: Qurban kəsilən böyük heyvana ən çox neçə nəfər şərik ola bilər? Şəriklər 7 nəfərdən artıq olar bilərlər?

Cavab: Böyük bir heyvanı ən çox 7 nəfər qurban kəsə bilər. Bununla əlaqədar olaraq belə hədislər var:

“Biz peyğəmbərin dövründə təməttu həccini yerinə yetirir və 7 nəfər olub bir dana və yenə 7 nəfərə bir dəvə kəsirdik.” ((Müslim, Həcc, 353; Əbu Davud, Ədahi (qurbanlar), 6-7; Tirmizi, Həcc, 66. Hədisi Cabir ibn Abdulla rəvayət etmişdir.))

“Biz peyğəmbərlə birlikdə təlbiyə ((Təlbiyə həcc və yaxud ömrə üçün ehrama girən şəxslərin oxuduqları zikrdir. O zikr belədir: Ləbbeyk Allahummə ləbbeyk, la şərikə ləkə ləbbeyk. İnnəl-həmdə vən-nemətə ləkə vəl-mülk, la şərikə lək.)) gətirib Həcc ziyarəti üçün yola çıxdıq. Peyğəmbər bizə göstəriş verdi ki, aramızdan hər 7 nəfər bir böyük qurbanlığa (dəvə və dana) şərik olsun.” ((Müslim, Həcc, 351. Hədisi Cabir ibn Abdulla rəvayət etmişdir.))

Qurban bir ibadətdir. Ona görə də bu məsələdə Quran ayələri və peyğəmbər hədislərinin xaricində bir dəlilə əsaslanıb hökm vermək olmaz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.