Bir adamın öz qardaşını qətlə yetirməsi nə cür izah oluna bilər?
Müsəlmanlar > Adam öldürmək > Fitvalar > Siyasət Tarix: 24 Ekim 2011 Tövsiyə et Çap et
Sual: Məlumdur ki, Osmanlı dövləti müsəlmanların idi. Onu idarə edənlər müsəlman idilər. Tarixdən bilirik ki, bəzi Osmanlı padşahları öz qardaşlarını öldürtdürüblər. Məsələn, Fateh Sultan Mehmed kimi. Əgər o, öz qardaşını öldürməsəydi, Allah bilir, nə qədər böyük bir qarışıqlıq baş verəcəkdi! Dövlət bir neçə yerə bölünüb süquta uğrayacaqdı. Nəticədə minlərlə insan nahaq yerə öləcəkdi. Sualım budur: Allah kimi isə öldürməyə nə dərəcədə icazə verir? Xahiş edirəm, sualıma yuxarıdakı tarixi məlumatlar çərçivəsində cavab verin.

Cavab: Allah Təala insanı üstün bir varlıq kimi yaratmış və onun nahaq yerə öldürülməyini qəti surətdə qadağan etmişdir:

“Allahın toxunulmaz qıldığı kəsi öldürməyin, hüquqa uyğundursa, başqa.” (İsra, 17/33; Ənam, 6/151)

“Onlar haqlı səbəb xaricində Allahın toxunulmaz qıldığı cana qıymazlar.” (Furqan, 25/68)

Toxunulmaz olan məhz insandır və bu məsələdə mömin-kafir ayrı-seçkiliyi yoxdur. Hər bir insan bu toxunulmazlığa anadangəlmə malik olur.

Yuxarıdakı ayələrdəki haqlı səbəblər Allahın müəyyən etdiyi səbəblərdir. Bunlar isə aşağıdakı kimidir:

1. Qisas: Allah: “Ey iman gətirənlər! Adam öldürmə hadisələrində qisas sizə vacib edildi” (Bəqərə, 2/178), – buyuraraq haqsız yerə adam öldürənlərin öldürülməli olduqlarını bildirmişdir.

2. Müharibə: Allah Quranın bir çox ayəsində müsəlmanlarla müharibə edənlərə qarşı vuruşmağı vacib edib.1 Bu da göstərir ki, döyüş meydanında düşmənləri öldürmək haqlı bir səbəbə əsaslanır. Quranda belə deyilir:

“Müharibədə kafirlərlə üzləşdiyiniz vaxt boyunlarını vurun.” (Muhəmməd, 47/4)

3. Terror və quldurluq cinayəti: Quranda bununla əlaqədar olaraq belə deyilir:

Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.

Siz ələ keçirməmişdən qabaq tövbə etsələr, başqa. Bilin ki, Allah bağışlayan və rəhmlidir.” (Maidə, 5/33-34)

Ayələrdən çox yaxşı məlum olur ki, Allahın toxunulmaz qıldığı cana ancaq və ancaq bu 3 haqlı səbəbə əsasən toxunmaq olar; əksinə, şübhə və ehtimallara “əsaslanaraq” heç kəsi öldürmək olmaz.

Bu məsələdə bizim öhdəmizə düşən işlər belədir: Biz belə hallarda kimin düzgün, kimin səhv hərəkət etdiyini deməməli və insanları buna əsasən mühakimə etməməliyik. Biz Quran və Sünnədə mövcud olan həqiqətləri gizləmədən, olduğu kimi deməliyik. Ata-anamız və əcdadımız olsa belə, insanları əməllərinə görə mühakimə edib haqq-hesaba çəkən ancaq və ancaq Allah Təaladır.

Bu kimi məsələlərə dair fitva verən, kitab yazan alimlər ölüblər. Bu fitvaları tətbiq edən xəlifə və padşahlar da ölüblər. Biz onları mömin hesab etdiyimiz üçün bağışlanmaqları üçün arxalarından xeyir-dua etməliyik. Allah belə buyurur:

“Onlardan sonra gələnlər: “Ey Rəbbimiz! Bizi və bizdən qabaq iman gətirən qardaşlarımızı bağışla. Ürəyimizdə möminlərə qarşı kin-küdurət qoyma. Rəbbimiz, şübhəsiz ki, sən şəfqətlisən, mərhəmətlisən”, – deyərlər.” (Həşr, 59/10)

Sualınızla əlaqədar olaraq aşağıdakı cavabı da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3971.html

Cavabı hazırladı: Yahya Şenol2

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Baxın: Bəqərə, 2/190, 244; Tövbə, 9/36. []
  2. İslam hüququ mütəxəssisi, İstanbul universitetinin doktorantı. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.918 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İslam dininin zorakı millətçilik anlayışına baxışı 13.08.09 1.665 dəfə oxundu
2 Bir adamın öz qardaşını qətlə yetirməsi nə cür izah oluna bilər? 24.10.11 1.918 dəfə oxundu
3 Quranda Allahdan başqasına itaət əmri varmı? 12.07.16 858 dəfə oxundu
4 Siyasi səbəbdən yerinə yetirilə bilməyən dini hökmlər zərurətə girərmi? 31.08.15 737 dəfə oxundu
5 Təəssüb nə deməkdir? 17.01.12 1.969 dəfə oxundu
6 Qumar, faiz və zina bir ölkədə qanuni isə idarəçilərinin məsuliyyəti nədir? 18.07.16 661 dəfə oxundu
7 Quranda “İslam dövləti” məfhumu varmı? 27.04.16 796 dəfə oxundu
8 İslamda irqi ayrı-seçkiliyə münasibət 25.02.12 1.889 dəfə oxundu
9 Vətəndaşın dövlətə qarşı vəzifəsi nə olmalıdır? 05.08.16 554 dəfə oxundu
10 Qəzzafiyə qarşı hərəkətləri İslama əsasən necə qiymətləndirmək olar? 31.10.11 1.525 dəfə oxundu
11 İslamı ərəbləşdirmək nə dərəcədə düzgündür? 01.03.12 1.414 dəfə oxundu
12 Müsəlmanları öldürməyi siyasət halına gətirənlərlə yaxşı əlaqələr qurmaq olar? 28.12.16 418 dəfə oxundu
13 Hazırkı vəziyyətə görə şəriəti tətbiq etmək tez deyilmi? 26.10.15 766 dəfə oxundu
14 Allah xoşlamadığı idarəçilərə yaltaq köməkçilər verir? 06.06.12 1.702 dəfə oxundu
15 Biblya lobilərinin İslama qarşı uzunvədəli planı 06.01.17 1.175 dəfə oxundu
16 Müaviyə barədə qısa sual-cavab 04.08.09 2.904 dəfə oxundu
17 Həzrəti Hüseyn bilə-bilə ölümə getdi? 20.06.12 2.928 dəfə oxundu
18 Ölkəmizdə olan iqtisadi böhranın səbəbi nədir? 13.03.17 310 dəfə oxundu
19 Dövlət vətəndaşına necə davranmalıdır? 03.08.16 665 dəfə oxundu
20 Dində bir dəqiqəlik sükut məsələsinə necə qiymət verilir? 26.07.12 1.472 dəfə oxundu
21 Zülmə məruz qalan müsəlmanlara necə köməklik edə bilərik? 26.04.17 271 dəfə oxundu
22 Səs vermək kafirlikdir? 28.12.10 6.885 dəfə oxundu
23 Son vaxtlarda tez-tez işlənən islamist sözünə necə baxırsınız? 10.01.13 1.321 dəfə oxundu
24 Savaş hiylədir hədisinin Quranda əsli varmı? 31.07.17 60 dəfə oxundu
25 Səs verdiyimiz insan səhv edirsə, buna biz də cavabdehik? 28.12.10 7.033 dəfə oxundu
26 Yezidə nəhlət (lənət) oxumaq olar? 18.03.13 2.645 dəfə oxundu
27 Dövlətin dini olurmu? 07.08.17 94 dəfə oxundu
28 Nə üçün demokratiya barədə qeyri-ciddi cavablar verirsiniz? 29.12.10 4.886 dəfə oxundu
29 Müsəlmanlar nəyə görə qərblilərdən geri qalıblar? 21.06.13 1.181 dəfə oxundu
30 Dövlət səhv yolda olan təriqət və camaatları cəzalandıra bilərmi? 25.10.17 76 dəfə oxundu
31 Demokratiya məsələləri 29.12.10 5.112 dəfə oxundu
32 Qiyamət olmadan qabaq İslam dünyaya hakim olacaqmı? 04.05.16 768 dəfə oxundu
33 Müasir dövrdə mülayim İslamdan qəsd edilən nədir? 20.11.17 196 dəfə oxundu
34 Peyğəmbər vəfat edib. Biz kimə beyət etməliyik? Əhli-beytə? 04.01.11 2.103 dəfə oxundu
35 Dövlət başçılarını təhqir etmənin dini bir cəzası varmı? 22.04.16 764 dəfə oxundu
36 Müasir dövrdə şəriəti tətbiq etmək mümkündürmü? 12.02.18 116 dəfə oxundu
37 Hər yerdə müsəlmanlara zülm edilir. Nə edək? 20.03.11 1.689 dəfə oxundu
38 Demokratik sistemlərdəki seçkilərdə səs vermək şirkdirmi? 09.06.15 1.024 dəfə oxundu
39 Dövlətin müharibə siyasətini tənqid etmək həps cəzasına səbəb olurmu? 12.03.18 115 dəfə oxundu
40 Zəmanənin imamına beyət etmək 03.03.10 2.941 dəfə oxundu
41 Nə üçün dünyada həmişə müsəlmanlar əzilir? 28.03.11 1.598 dəfə oxundu
42 Osmanlı alimlərinin qardaş qətlinə verdiyi fətva doğrudurmu? 03.12.15 657 dəfə oxundu
43 Azərbaycanda dini fəaliyyət hansı istiqamətdə aparılır? 01.03.19 119 dəfə oxundu
44 Mitinqlərdə əl çalmaq, şüar səsləndirmək və fit çalmaq dində necə qiymətləndirilir? 27.02.10 1.918 dəfə oxundu
45 Müsəlmanlar Liviya məsələsində nə etməlidirlər? 22.03.11 1.697 dəfə oxundu
46 Zalım dövlətlərin xalqları potansial düşmən deyilmi? 01.06.16 614 dəfə oxundu
47 İslama əsasən millət, ümmət, millətçilik, ümmətçilik kimi anlayışların mövqeyi 12.08.09 2.343 dəfə oxundu
48 Dövlətin davamiyyəti məqsədilə qardaş öldürməyin hökmü nədir? 11.10.11 1.637 dəfə oxundu
49 Allahın əmrlərini tətbiq edə bilməyən siyasətçilərin məsuliyyəti nədir? 06.06.16 696 dəfə oxundu