Mehdi inancının mənbəyi nədir? Xristianlığın təsiri var?
Müsəlmanlar > Fitvalar > Mehdi Tarix: 03 Temmuz 2011 Tövsiyə et Çap et
Sual: Mehdinin zühur edəcəyinə dair bir inanc var. Bununla əlaqədar olaraq xristianlığın təsirindən danışmaq mümkündürmü?

Cavab: Bu məsələdə xristianlığın deyil, daha çox zərdüştiliyin təsirindən danışmaq olar. Hüseyn əleyhissəlamın öldürülməsinə qədər heç kəs Mehdidən söz açmırdı. Belə bir anlayış yox idi. Həzrəti Hüseyn şəhid edildikdən sonra isə bu barədə danışılmağa başlanmışdır.

Sonra bununla əlaqədar olaraq hədislər uydurulub. Ancaq bunlar Buxari və Müslimin külliyatları kimi hədis kitablarına daxil edilməyib. Bəziləri deyiblər ki, bu hədislər mütəvatir dərəcəsindədir. Yəni, Quran ayəsi kimidir; buna inanmayan kafir olar.

Bir müddət də Allahın dinindən kənarda formalaşdırılmış dini müdafiə edənlər özlərinə sərf etmədiyi üçün buna inanmayanları öldürüblər. Beləcə, deyiblər ki, buna inanmayanı öldürmək vacibdir. Nəticədə səhvlər silsiləsi və arzuolunmaz hadisələr meydana gəlib.

Mehdi və İsanın təzədən bu dünyaya gələcəklərini demək düz deyil.

Mehdi sözünün mənası hidayət olmuş, haqq yola gəlmiş deməkdir. Bu mənada hər bir müsəlman mehdidir. Hər bir müsəlman mehdi olmalıdır. Başqa sözlə desək, hər bir müsəlman haqq yola gəlmiş olmalıdır. Mehdi sözünün mənası budur.

Ancaq nədənsə insanlar bu sözü tamamilə zidd mənada – yola gətirən, hidayətə çatdıran, xilaskar mənalarında işlədirlər.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır1

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.657 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Mehdi inancının mənbəyi nədir? Xristianlığın təsiri var? 03.07.11 2.657 dəfə oxundu
2 Zəmanənin imamına beyət etmək 03.03.10 2.940 dəfə oxundu
3 QÜTBÜ ƏZƏM 24.03.14 2.451 dəfə oxundu
4 İsa ilə Mehdinin gəlişi. 05.02.16 1.521 dəfə oxundu
5 Gələcək olan Mehdi kimdi? 08.12.17 660 dəfə oxundu