Bəzi hallarda Cümə namazını qılmamaq olar?
Müsəlmanlar > Cümə namazı > Fitvalar Tarix: 18 Haziran 2011 Tövsiyə et Çap et
Sual: Bir insan Cümə namazını tərk edə bilər? Yəni, hansı hallarda Cümə namazına getməyə bilər? Misal üçün, bir müəllim Cümə namazı vaxtı dərsə girirsə, namazı tərk edə bilər?

Cavab: Qurani-Kərimdə Cümə namazı ilə əlaqədar ayədə belə deyilir:

“Ey iman gətirənlər! Cümə günü namaza çağırıldıqda dərhal Allahı yad (zikr) etməyə tələsin və al-veri (ticarət) saxlayın! Bilsəniz, bu sizin üçün daha xeyirlidir. Namaz qurtardıqda dərhal yer üzünə dağılışın və Allahın lütfündən istəyin. Allahı çox zikr edin ki, bəlkə, umduğunuza qovuşasınız (nicat tapasınız)”. (Cümə, 62/9-10)

Qurani-Kərimdə heç bir namaz haqqında: “Daha yaxşıdır, daha xeyirlidir”, – deyilmir. Çünki 5 vaxt namaz hər bir halda qılınmalıdır. Lakin Cümə namazını bəzi hallarda qılmamaq olar. Abdulla ibn Abbas (r. a.) yağışlı bir gündə müəzzinə dedi ki, azan oxuduğun vaxt: “Əşhədu ənnə Muhəmmədən Rəsulullah”, – dedikdən sonra: “Hayyə Alə-s-Saləəh”, – demə. De ki, namazlarınızı evlərinizdə qılın.

İnsanlar Abdulla ibn Abbasın bu hərəkətini qəribsədilər. O da bunun müqabilində cavab verdi ki, bunu mən yox, məndən daha yaxşı və xeyirli olan (Muhəmməd peyğəmbər) belə edib. Cümə namazını qılmaq fərz (vacib) olduğuna görə mən sizə çətinlik törətmək istəmədim. Əgər elə olsaydı, palçıqlı və sürüşkən bir yerdə yeriməli olacaqdınız. (Buxari, Cümə, 14)

Peyğəmbərin xanımı Aişə belə nəql etmişdir:

“Camaat öz yerlərindən və Əvalidən növbə ilə Cümə namazına gəlirdi. Gəldikləri vaxt toz-torpaq içində olurdular; toz-torpağa və qan-tərə batırdılar. Onlardan elə hey tər axırdı. Peyğəmbər mənim yanımda olduğu vaxt həmin adamlardan bir nəfər gəlmişdi. Peyğəmbər buyurdu ki, kaş ki, bu gün üçün təmizlənmiş olaydınız. (Buxari, Cümə, 15)

Bu rəvayətlər göstərir ki, bəzi məcburi hallarda Cümə namazı tərk edilə bilər. Müəllimlik də bu məcburi hallardan biridir. Belə hallarda o günün günorta (zöhr) namazını qılmaq lazımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.751 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Bəzi hallarda Cümə namazını qılmamaq olar? 18.06.11 1.751 dəfə oxundu
2 Qadınlar Cümə günü zöhr namazını qılmamalıdırlar? 10.10.11 1.859 dəfə oxundu
3 Cümə günü ölənlərin bir ayrıcalığı varmı? 14.07.17 787 dəfə oxundu
4 Cümə namazından sonra başqa namaz qılmaq lazımdır? 06.07.09 2.398 dəfə oxundu
5 Müsəlman ölkələrində Cümə namazı neçə rükət qılınır? 14.10.11 8.730 dəfə oxundu
6 İndiki xütbələrlə Cümə namazı səhih və mötəbər ola bilər? 05.08.14 924 dəfə oxundu
7 Cüməni qıla bilməyən zöhrü necə qılmalıdır? 18.11.11 1.568 dəfə oxundu
8 Cümə namazı qılınan məscid mütləq bağışlanmış olmalıdır? 25.05.11 1.627 dəfə oxundu
9 Cümə namazının vaxtında məktəbin bufetindən nəsə almaq haramdır? 21.12.11 1.402 dəfə oxundu
10 İşim çox olduğuna görə Cümə namazına getməsəm, olar? 05.02.10 1.704 dəfə oxundu
11 Əsgərlikdə olanlar Cümə namazını nə cür qıla bilərlər? 07.01.12 2.155 dəfə oxundu
12 Qadınlar və Cümə namazı 26.03.10 7.019 dəfə oxundu
13 Dəlillərlə Cümə namazı 12.02.10 6.489 dəfə oxundu
14 Cümə namazı qadınlara fərzdir? 26.03.10 1.948 dəfə oxundu
15 Qadınlar Cümə günü zöhr namazını nə vaxt qıla bilərlər? 20.04.12 1.853 dəfə oxundu
16 Cümə namazını xütbə oxuyan pişnamaz qıldırmalı deyilmi? 09.04.10 1.613 dəfə oxundu
17 Peyğəmbər Cümə xütbəsini namazdan sonra oxuyurdu? 12.10.12 1.260 dəfə oxundu
18 Cümə namazında dəstəmazı pozulan adam nə etməlidir? 09.04.10 1.897 dəfə oxundu
19 Dağ kəndində bir neçə nəfər birlikdə Cümə namazı qıla bilər? 13.10.12 1.393 dəfə oxundu
20 Quranda Cümə namazının zöhr vaxtında qılınmalı olduğuna dair dəlil-sübut var? 04.05.14 1.791 dəfə oxundu
21 Ticarətlə məşğul olan saytlar Cümə vaxtı bağlanmalıdır? 25.12.12 1.471 dəfə oxundu
22 Cümə günü xütbə verildiyi vaxt müstəhəb namaz qılmaq olar? 05.05.10 1.743 dəfə oxundu
23 Cümə namazı üçün minimum neçə nəfər olmalıdır? 31.12.12 1.801 dəfə oxundu
24 Məktəblərdəki məscidlərdə Cümə namazı qılmaq olar? 28.11.14 889 dəfə oxundu
25 Cümə namazı nə vaxt vacib olunub? 07.02.13 2.715 dəfə oxundu
26 İş yerində Cümə namazı qılmaq olar? 28.02.11 3.122 dəfə oxundu
27 Cümədən sonra “zöhri-axir” namazı qılmaq olar, yoxsa yox? 04.07.13 1.367 dəfə oxundu
28 Cümə günü xütbədən qabaq oxunan daxili əzana ehtiyac var? 25.03.11 1.722 dəfə oxundu
29 Ədliyyə binasinda Cümə namazı qılmaq olar? 21.01.14 1.025 dəfə oxundu
30 Qadınlar nə üçün Cümə namazına gedə bilmirlər? 31.03.11 1.834 dəfə oxundu
31 Cümə gecəsi 4-cü gündən 5-ci günə keçən gecədir? 05.07.11 3.495 dəfə oxundu
32 Cümə namazına getmək üçün müdirdən icazə almaq lazımdır? 09.03.10 1.628 dəfə oxundu
33 Cümə namazını qılan əlil vacib borcunu yerinə yetirmiş hesab olunur? 28.06.11 1.371 dəfə oxundu
34 Cümə namazının vaxtını bir qədər qabağa salmaq düzdür? 07.01.15 962 dəfə oxundu