Qüsl almağın qaydası
Müsəlmanlar > Fitvalar > Qüsl Tarix: 27 Mayıs 2011 Tövsiyə et Çap et
Sual: Xahiş edirəm, necə qüsl almaq lazım olduğunu təfsilatla izah edin.

Cavab: Qüsl başdan ayağadək yaxşı-yaxşı yuyunmaq deməkdir. Qüsl edərkən ağız və buruna su çəkib təmizləmək Hənəfi və Hənbəli məzhəblərinə görə fərz, Şiə, Şafei və Maliki məzhəblərinin fikrinə əsasən də sünnədir (müstəhəb). Bunun səbəbi də odur ki, bəziləri ağız və burunu bədənin xarici hissəsindən hesab edir, bəziləri də daxili. Beləcə, Hənəfi və Hənbəlilər bunları bədənin xarici hissələrindən saymış və hökm vermişlər ki, onları yaxşıca yuyub təmizləmək lazımdır. Şafei və Malikilər isə yuxarıda da qeyd etdiyimiz kimi, ağız və burunu yumağı vacib hesab etməmişlər. Bu barədə ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/2902.html

Qüsldə əsas məsələ bütün bədənin yuyulub yuyulmadığına fikir verməkdir. Əgər bütün bədən yuyulubsa, qüsl tamamlanmış hesab edilir. Qüsl barədə deyilən digər şeylər müstəhəb və ya sünnədir. Yəni, olmasa da, olan şeylərdir. Misal üçün qüsldən qabaq bismillah çəkmək, əvvəlcə sağ, sonra sol çiyindən, sonra da başdan üzüaşağı su axıtmaq kimi əməllər qüslün sünnələrindəndir. Əlbəttə ki, bunları yerinə yetirmək yaxşı olar. Amma mütləq bir şərt də deyil.

Qüslün necə alındığını qısaca təkrar edək:

Əgər övrət yerlərində (xalq arasında buna ayıb yerlər də deyilir) kir filan varsa, onlar təmizlənməlidir. Sonra da namaz üçün dəstəmaz alırmış kimi dəstəmaz almaq – əlləri yumaq, ağız və burunu təmizləmək lazımdır. Axırda isə bütün bədən yaxşıca – quru yer qalmamaq şərtilə yuyulmalıdır. Qüsl etmək bu cür olur.

Peyğəmbərimizin qüslündən bəhs edən hədislərdən bəziləri aşağıdakı kimidir:

“Peyğəmbər cənabətdən təmizlənib qüsl etmək istədiyi vaxt əvvəlcə əllərini yuyurdu. Sonra namaz üçün dəstəmaz alırmış kimi dəstəmaz alırdı. Sonra barmaqlarını suya salır və onlarla saçlarının diblərinə qədər su tökürdü. Axırda da suyu bütün bədənindən axıdırdı”. (Buxari, Küleyni, Qüsl, 1)

“Peyğəmbər namaz üçün dəstəmaz alırmış kimi dəstəmaz aldı. Təkcə ayaqlarını yumadı. Ayaqlarının arasını və oraları yudu. Sonra öz üstündən su tökdü. Sonra ayaqlarını yerindən ayırıb yudu. Onun cənabət qüslü belə idi”. (Buxari, yenə orada)

“Mən su qoydum ki, peyğəmbər yuyunsun. O, əllərini 2 və ya 3 dəfə yudu. Ondan sonra sol əli ilə üstünə su boşaltdı və xayalarını yudu. Sonra əlini yerə sürtdü. Sonra ağzını su ilə çalxaladı və burnuna su çəkdi. Sonra da yerindən durub ayaqlarını yudu”. (Buxari, Qüsl, 5)

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
130.029 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Namaz qılmayan müsəlmanların qüsl etməkləri vacibdir? 03.07.10 18.894 dəfə oxundu
2 Namaz ibadətindən məsul olmayan əqli xəstələr qüsl etməlidirlər? 21.03.11 2.453 dəfə oxundu
3 Ginekoloji yoxlamadan sonra qüsl 18.07.10 3.738 dəfə oxundu
4 Cünub şəxsin toxunduğu şeylər murdar hesab olunur? 27.04.11 6.165 dəfə oxundu
5 Cinsi əlaqədən sonra növbəli qüsl 25.11.10 17.757 dəfə oxundu
6 Qüsl almağın qaydası 27.05.11 130.029 dəfə oxundu
7 Qüsldən sonra namaz qılmaq olar? 11.03.10 12.009 dəfə oxundu
8 Cinsi əlaqədən sonra qüsl üçün addımlamaq 25.11.10 15.875 dəfə oxundu
9 Peyğəmbər necə qüsl verirdi? 29.05.11 6.334 dəfə oxundu
10 Spermanın yerindən qopmağı qüslü vacib edir. Bu nə deməkdir? 04.03.10 11.027 dəfə oxundu
11 Qüsl vaxtı hörükləri açmaq lazımdır? 25.11.10 4.738 dəfə oxundu
12 Qüsl vaxtı hamamda çox qalmaq və vəsvəsə halı 07.07.09 5.734 dəfə oxundu
13 Dişlərdə plomb, dəstəmaz və qüsl 07.07.09 4.059 dəfə oxundu
14 Qüsldən sonra bədəndə quru yer qalıbsa, təzədən yuyunmaq lazımdır? 18.01.11 3.610 dəfə oxundu
15 Qüsldən sonra məni gəlsə, təzədən yuyunmaq lazımdır? 02.09.11 7.789 dəfə oxundu
16 Cinsi əlaqədən sonra qüslü nə qədər gecikdirmək olar? 27.01.10 25.337 dəfə oxundu
17 Cinsi əlaqə və qüsl 07.07.09 20.071 dəfə oxundu
18 Sonsuzluğa qarşı peyvənddən sonra qüsl vermək lazımdır? 09.02.12 3.687 dəfə oxundu
19 Xəstə yaxşılaşana qədər cünub qalsa, günahdır? 27.01.10 4.707 dəfə oxundu
20 Qüsl vaxtı ağız və burnu yumaq vacibdir? 21.01.11 9.074 dəfə oxundu
21 Qonaq getdikdə qüslü necə almaq lazımdır? 25.12.12 3.886 dəfə oxundu
22 Məni, məzi və vədi nədir? 27.01.10 19.361 dəfə oxundu
23 Kişi həkimə gedən qadın sonra qüsl etməlidir? 31.01.11 5.671 dəfə oxundu
24 Akupunktura sarğıları qüsl etməyə maneçilik törədir? 25.12.12 2.201 dəfə oxundu
25 Hamamda çox qalmaq günahdır? 27.01.10 11.475 dəfə oxundu
26 İnsan cənabət vaxtı yatdığı yerdə qüsldən sonra yata bilər? 14.02.11 10.855 dəfə oxundu
27 Kişi həkimin yoxladığı qadın çimib qüsl almalıdır? 22.01.13 4.114 dəfə oxundu
28 Dişlərə qoyulan plomb qüsl etməyə mane olur? 27.01.10 3.866 dəfə oxundu
29 Qulaqdan çıxan kirlər qüslü batil edir? 14.02.11 3.898 dəfə oxundu
30 Cənabət halda ölənlər Cəhənnəmdə yanacaqlar? 02.09.13 6.307 dəfə oxundu
31 Cünub halda geyilən paltarı qüsldən sonra geyinmək olar? 28.01.10 12.768 dəfə oxundu
32 Qüsldə sırğa deşiklərini yumaq lazımdır? 21.02.11 3.667 dəfə oxundu
33 Dırnaqlardakı lak dəstəmaz və qüslə mane olur? 24.08.09 30.805 dəfə oxundu
34 Dişlərdə plomb və körpü olduğu halda qüsl etmək olar? 07.07.09 3.335 dəfə oxundu
35 Radioterapiya alan bir xəstə qüsl əvəzinə təyəmmüm edə bilər? 27.03.10 2.512 dəfə oxundu
36 Qüsl etmək üçün dişdəki plombları sökdürmək lazımdır? 07.07.09 3.147 dəfə oxundu
37 Su imkanı yarandıqda təyəmmüm batil olur? 24.05.10 5.263 dəfə oxundu
38 Qadınlar da ehtilam olurlar? 17.03.11 18.165 dəfə oxundu
39 Əgər evdə isti su yoxdursa, necə qüsl vermək olar? 23.06.10 11.151 dəfə oxundu
40 Təkcə öpüşməklə qüsl vacib olur? 17.03.11 56.351 dəfə oxundu