Siz cihadla əlaqədar nəsə bir iş görürsünüz?
Müsəlmanlar > Cihad > Fitvalar Tarix: 20 Nisan 2011 Tövsiyə et Çap et
Sual: İndiki dövrdə bütün dünyada fitnə-fəsad baş alıb gedir. Müsəlmanlar zalım kafirlər tərəfindən pis vəziyyətə salınıblar. Cihad müsəlmanlar üçün mütləq lazımdır. Siz cihad məsələsində Quran və Sünnə bütövlüyü çərçivəsində nəsə bir iş görürsünüz?

Cavab: Bizim gördüyümüz bu işlər cihadın ən böyüyüdür. Cihad deyildikdə bizim bəzi dostlarımız bunun qital (savaş, döyüş) olduğunu fikirləşirlər. Qital ayrıdır, cihad ayrı. Cihad sözünün kökü cəhd sözüdür. Bu sözü biz də öz dilimizdə işlədirik. Yəni, bir şeyə cəhd etmək, cəhdin içində olmaq. Cihadda qarşılıqlı (qabaq-qabağa) cəhd var. Belə ki, sizin qabağınızda sizi susdurmaq üçün çalışanlar var. Siz də buna qarşı mübarizə aparırsınız. Yəni, hər şeyə baxmayaraq düzgün olan şeyləri deməyə davam edirsiniz. Əsas da budur: İnsanlara həqiqətləri çatdırmaq.

Bəs müharibə nə vaxt vacib olur? Allah Təala bunu izah edir:

“Allah yolunda sizinlə döyüşənlərlə döyüşün. Döyüşərkən həddi aşmayın. Şübhəsiz ki, Allah həddi aşanları sevməz”. (Bəqərə, 2/190)

Deməli, müharibədə də həddi aşmaq, təcavüzkar olmaq olmaz. Hər şeyin bir ölçüsü var axı.

Bir sözlə, bizim vəzifəmiz döyüşmək deyil. Əlbəttə ki, müharibə ilə üzləşdiyimiz vaxt qaçmaq mümkün deyil. Əlbəttə ki, döyüşməliyik. Amma əsl vəzifəmiz Allahın buyuruqlarını insanlara çatdırmaqdır. Qısacası, əgər bizim bu işlərimizə cihad deyilmirsə, onda cihad nədir? Cihad nəyə deyilir? Biz burada nə iş görürük? Məgər insanlar hər şeydən əvvəl Quranı anlamalı deyillər? İnsanlar hər şeydən əvvəl Quran ətrafında bir araya cəm olmalıdırlar. Qalan şeylər asandır.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri).

Sualınızla əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3269.html

http://www.muselmanlar.com/fitvalar/3263.html

http://www.muselmanlar.com/fitvalar/3245.html

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
1.691 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Cihad nədir, bu mühüm vəzifəni dövrümüzdə necə tətbiq etmək olar? 18.11.15 1.702 dəfə oxundu
2 Siz cihadla əlaqədar nəsə bir iş görürsünüz? 20.04.11 1.691 dəfə oxundu
3 Müsəlmanlar Quranın yandırılmasına nə cür reaksiya verməlidirlər? 28.04.11 1.612 dəfə oxundu
4 Əbu Bəkrin (r.a.) dindən dönənlərə qarşı apardığı döyüş nə qədər doğrudur? 17.04.14 1.440 dəfə oxundu
5 Terror qurbanı olan əsgər şəhid hesab olunur? 14.09.11 1.735 dəfə oxundu
6 Kafirlər iman edənə qədər onlarla döyüşməliyik? 21.10.14 1.176 dəfə oxundu
7 Mülki şəxslərə hücum edən düşmənə bu cür cavab vermək olar? 09.02.12 1.230 dəfə oxundu
8 İslam müharibə dinidir, yoxsa sülh? 14.06.12 1.719 dəfə oxundu
9 Müsəlmanlar hicrətdən sonra Qüreyş karvanlarına nə üçün hücum ediblər? 14.06.12 1.196 dəfə oxundu
10 İslama əsasən müharibə meydanında düşməni əsir götürmək qadağandır? 21.03.13 1.179 dəfə oxundu
11 İslam düşmənlərini öldürmək olar? 27.12.10 2.292 dəfə oxundu
12 Müsəlmanlar Liviya məsələsində nə etməlidirlər? 22.03.11 1.699 dəfə oxundu
13 İstişhad aktlarına nə üçün zidd gedirsiniz? 30.05.14 1.037 dəfə oxundu
14 Döyüş əsnasında düşmənə qarşı intihar hərəkatı etmək olarmı? 06.04.16 719 dəfə oxundu
15 İslamı yaymaq üçün qeyri-müsəlmanlarla müharibə etmək lazımdır? 28.09.14 1.716 dəfə oxundu
16 Zülmə məruz qalan müsəlmanlara necə köməklik edə bilərik? 26.04.17 271 dəfə oxundu
17 Qurani-Kərimə əsasən şəhidlər kimlərdir? 01.03.11 5.480 dəfə oxundu
18 Allah yoxmuş kimi davrananlara münasibətimiz necə olmalıdır? 11.03.16 942 dəfə oxundu