Müselmanlar
Şahid boşanmanın əvvəlində tutulmalıdır, yoxsa axırında?

Şahid boşanmanın əvvəlində tutulmalıdır, yoxsa axırında?

Sual: Boşanma hadisələrində şahid gətirilməsi ilə əlaqədar müxtəlif fikirlər səsləndirilir. Bunlardan birində belə deyilir: “Talaq surəsinin 2-ci ayəsindəki işhad (şahid gətirmək) əmrini 1-ci ayənin əvvəlindəki təlaq əmrinə (onları iddə müddətləri daxilində boşayın) həml etmək çox da mümkün görünmür. Bunun əvəzinə firqət kəlməsi ilə təlaq prosesinin başa çatdığının nəzərdə tulmasını qəbul etmək və şahidliyi o an üçün lazımlı hesab etmək daha münasibdir”. Sizin bu barədə fikriniz nədir?

Cavab: Müvafiq bütün ayələrin hamısını birlikdə qiymətləndirmədən, aradakı əlaqəni düzgün bir qaydada qurmadan hökm vermək səhvdir. Allah heç kimə belə bir səlahiyyət verməyib.

Bu məsələdən bəhs edən Quran ayələrindən bəziləri bunlardır:

“Əlif, Lam, Ra. Bu, ayələri hakim və xabir olan Allah tərəfindən möhkəm qılınmış və izah edilmiş bir kitabdır. Belə olmağı Allahdan başqasına ibadət etməməyiniz üçündür. (De:) Mən də Onun tərəfindən sizi xəbərdar edən və müjdə verən bir kəsəm”. (Hud, 11/1-2)

Məsələ ilə əlaqədar ayələri birlikdə qiymətləndirdikdə məlum olur ki, təlaq barədə bəzi şərtlər və öhdəliklər var, bunları şahid olmadan həyata keçirmək mümkün deyil. Buna əsasən aşağıdakılara rəayət edilməlidir:

a) Təlaq vaxtı qadının heyzli olmadığını, eləcə də o təmizlik müddətində ər-arvadın cinsi əlaqədə olmadığını müəyyən etmək lazımdır.  Bu da ancaq tərəflərin şahidlərin qabağında izahatı ilə baş tuta bilər.

b) Müsəlmanlar ayrılmaq ərəfəsində olan ər-arvadı barışdırmaq üçün hakim göndərməlidirlər. Bu da tələb edir ki, vəziyyət yerli-yataqlı bilinsin. Allah belə buyurur:

“Ərlə arvadın arasının açılmağından xavf (xof) etsəniz, kişinin ailəsindən bir, qadının ailəsindən də bir hakim göndərin. Əgər barışıq istəsələr, Allah aralarını düzəldər. Allah bilir və işin əslindən xəbərdardır”. (Nisa, 4/35)

Xavf (xof) zənn və ya biliyə əsaslanan bir işarəyə görə pis bir şey gözləməkdir. Belə bir bilik (məlumat) ancaq məsələni bilənlərin sözü ilə üzə çıxa bilər. Bunu bilə bilənlər də şahidlərdir.

Yeri gəlmişkən, sualınızla əlaqədar olaraq bu yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/1861.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin