Şahidsiz boşanma etibarlı hesab olunur?
Müsəlmanlar > Boşanmaq > Fitvalar Tarix: 26 mart 2010 Tövsiyə et Çap et
Sual: Talaq əsnasında 2 şahid iştirak etmirsə, boşanma həyata keçirilmiş hesab olunur, yoxsa belə qəbul edilir ki, evlilik hələ pozulmayıb?

Cavab: Bu məsələ ilə əlaqədar olaraq müxtəlif ictihadlar edilə bilər. Bizim fikrimizcə, belə bir vəziyyətdə talaq (boşanma) baş vermir. Bu məsələyə dair ayələr belədir:

“Qadınlar gözləmə müddətlərinin axırına gəldikləri zaman, onları ya yaxşılıqla (məruf) saxlayın, ya da xoşluqla (məruf) ayırın. İçərinizdən iki etibarlı şahid tutun. Şahidliyi Allah üçün yerinə yetirin. Budur, bu, aranızdan Allaha və axirət gününə inanan kəsə verilən öyüd-nəsihətdir. Kim Allaha zidd çıxmaqdan çəkinsə, O, ona bir çıxış yolu açar.

Ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha arxalansa, O, ona kifayət edər. Allah əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü, bir standard qoymuşdur”. (Talaq, 65/2-3)

Boşanmada şahid tutmaq vacib şərtlərdən biri kimi görünür. Çünki talaq əsnasında qadının aybaşı halında olmadığını, əgər belə deyilsə, həmin təmizlik müddəti ərzində əri ilə əlaqədə olub olmadığını etiraf yolu ilə və yaxud başqa bir formada müəyyənləşdirmək, əlavə olaraq, gözləmə müddətinin başa çatdığını müəyyən etmək lazımdır. Bu müəyyənləşdirmələr isə ancaq şahid vasitəsilə aparıla bilər. Buna görə də biz belə fikirdəyik ki, şahid olmadığı vaxt boşanma meydana gəlmir.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Valideyni boşanmış uşaqlar 19.06.11 333 dəfə oxundu
2 Ər-arvaddan biri dinini dəyişdirdikdə aralarındakı nikah qüvvəsini itirir? 04.03.10 326 dəfə oxundu
3 Bir qadın yad kişilərin qabağında oynasa, kəbini batil olur? 04.03.10 707 dəfə oxundu
4 Toy gecəsi bakirə olmadığı məlum olan arvadı boşamaq olar? 14.06.10 656 dəfə oxundu
5 Qadının kəbin kəsildiyi vaxt 3 təlaqdan birini almağa ixtiyarı var? 19.01.10 457 dəfə oxundu
6 Qadının boşanmaq hüququ var? 23.03.10 437 dəfə oxundu
7 Şahidsiz boşanma etibarlı hesab olunur? 26.03.10 329 dəfə oxundu
8 Molla kəbini kəsildikdən sonra boşanma baş versə, qadına mehir verilməlidir? 26.03.10 261 dəfə oxundu
9 Ərindən boşanmaq istəyən bir qadın nə etməlidir? 27.03.10 352 dəfə oxundu
10 Zina kəbini pozur? 30.11.10 1.084 dəfə oxundu
11 İddə nə deməkdir? 30.12.10 682 dəfə oxundu
12 Müavinət almaq üçün kağız üzərində boşanmaq olar? 30.12.10 283 dəfə oxundu
13 Xəlvəti-səhihə olsa, qadına mehir verilir? 31.12.10 279 dəfə oxundu
14 Talaq surəsinə zidd olan boşanma etibarlıdır? 31.12.10 271 dəfə oxundu
15 İddə gözləyən qadın evdən çıxsa nə olar? 31.12.10 286 dəfə oxundu
16 Talaq: kişinin boşamaq hüququ 18.07.10 657 dəfə oxundu
17 İftida: qadının boşanmaq hüququ 14.05.09 689 dəfə oxundu
18 İslama əsasən boşanmaq üçün nə etmək lazımdır? 18.02.11 293 dəfə oxundu
19 Boşanma məsələsində hakimlər nə vaxt işə qarışmalıdırlar? 09.03.11 234 dəfə oxundu
20 Kişi arvadını eyni vaxtda birdən çox talaqla boşaya bilər? 29.03.11 192 dəfə oxundu
21 İddə gözləyən qadın evdən çıxsa, talaq yenə baş verir? 29.03.11 181 dəfə oxundu
22 Kişi iddəsi qurtarmadan arvadına qayıtsa, bu hal yenə talaq hesab olunur? 28.03.11 212 dəfə oxundu
23 Şahid boşanmanın əvvəlində tutulmalıdır, yoxsa axırında? 18.04.11 190 dəfə oxundu
24 Ərindən boşanan qadın mehrini qaytarmalıdır? 15.07.11 205 dəfə oxundu