Müsəlmanlar
Cümə günü xütbədən qabaq oxunan daxili əzana ehtiyac var?

Cümə günü xütbədən qabaq oxunan daxili əzana ehtiyac var?

Sual: Buxarinin külliyatında belə bir qeyd var: Xəlifə Osmanın dövründə Mədinə şəhərinin əhalisi artdı. Bununla əlaqədar olaraq bir azan da əlavə edildi (Buxari, Cümə, 21). Sualım budur: Cümə günü ikinci bir azan əlavə etmək bidət deyilmi?

Cavab: Allah Təala belə buyurur:

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və al-veri saxlayın”. (Cümə, 62/9)

Xəlifə Osman bazar və küçələrdəki insanları namaza çağırmaqla ayədə verilən tapşırığı yerinə yetirib.

Yəni, bunu bidət hesab etmək mümkün deyil. Ancaq indiki dövrdə mikrofon və səs gücləndiricilər var. Beləcə, əzan hər yerdə eşidilə bilir. Yəni, səs uzaqlara yayılır. Odur ki, daxili əzana ehtiyac qalmır. Artıq bunu tərk etmək və oxunan xarici əzandan sonra xütbəyə başlamaq lazımdır.

Cümə namazı haqqında ətraflı məlumat almaq üçün aşağıdakı təqdiqat və fitvaları da oxuyun:

http://www.muselmanlar.com/tedqiqatlar/1616.html

http://www.muselmanlar.com/fitvalar/cume-namazi-fitvalar

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.