Müsəlmanlar
Ərafın 54-cü ayəsinə əsasən gecə qabaq gəlir, yoxsa gündüz?

Ərafın 54-cü ayəsinə əsasən gecə qabaq gəlir, yoxsa gündüz?

Sual: Yasin surəsinin 40-cı ayəsində belə deyilir: “Nə günəş aya çata bilər, nə də gecə gündüzü keçə bilər. Hər biri bir orbitdə üzüb gedir. Bu ayəyə əsasən gün gündüzlə başlayır, gecə sonra gəlir. Əraf surəsinin 54-cü ayəsində isə belə deyilir: “Gecəni fasiləsiz olaraq təqib edən gündüzlə örtüb bürüyür”. Bu ayələrə əsasən gecə əvvəl gəlir, yoxsa gündüz? Gecənin gündüzdən əvvəl gəldiyini demək mümkündür?

Cavab: Əraf surəsinin 54-cü ayəsinin mənası belədir:

“O, gündüzü (onu) həmişə qovalayan gecə ilə örtər”.

Qovalayan, yəni, ardınca gələn həmişə arxada olur. Buna görə də gecə hər gün gündüzü “qovalayır” (təqib edir), “tutur”, amma onu heç cür “keçə” bilmir. Deməli, bu ayə Yasin surəsinin 40-cı ayəsini bir az da izah edir. Başqa sözlə desək, bu ayəyə əsaslanaraq gecənin gündüzdən əvvəl gəldiyini demək mümkün deyil.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.