Ölüyə Quran tapşırmaq
Müsəlmanlar > Fitvalar > Ölümdən sonrakı həyat > Quran > Quran Araşdırmaları (xüsusi) Tarix: 11 Mart 2011 Tövsiyə et Çap et
Sual: Quran oxuyub savabını ölmüş qohum-əqrəba və ailə üzvlərimizə bağışlamaq məsələsi dini cəhətdən necə qiymətləndirilir? Bununla əlaqədar bir Quran ayəsi və peyğəmbər hədisi var?

Cavab: Ölən insanın ardınca oxunan Quranın ölüyə heç bir təsiri yoxdur. Bu məsələ ilə əlaqədar heç bir dini dəlil – ayə və ya hədis də yoxdur.

Lakin Allah Təala tövsiyə edir ki, bizdən əvvəlki müsəlman qardaşlarımız üçün xeyir-dua edək. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) də bununla bağlı olaraq həyata keçirdiyi işlərlə bizə nümunə olub.

Allah belə buyurur:

Onlardan sonra gələnlər: “Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirən qardaşlarımızı bağışla; bizim qəlbimizdə möminlərə qarşı kin qoyma. Rəbbimiz! Şübhəsiz ki, sən şəfqətlisən, mərhəmətlisən”, – deyərlər”. (Həşr, 59/10)

Bizə məsləhət görülür ki, qıldığımız hər bir namazın axırında bu duanı oxuyaq:

“Rəbbimiz! Haqq-hesab günü məni, anamı, atamı və bütün möminləri bağışla”. (İbrahim, 14/41)

Əbu Üseyd Malik ibn Rəbia əs-Səidi (r. a.) nəql edir ki, bir gün biz peyğəmbərin yanında oturmuşduq. Sələmə oğulları qəbiləsindən bir nəfər gəlib peyğəmbərdən belə bir sual soruşdu:

“Ey Allahın elçisi! Anamla atam öləndən sonra onlara nə kimi bir yaxşılıq edə bilərəm?”.

Rəsulullah (s. a. v.) cavab verdi:

“Bəli, onlar üçün Allaha dua edib günahlarının bağışlanmağını diləyə bilərsən. Vəsiyyətlərini yerinə yetirə bilərsən. Qohum-əqrəbasına dayaq olar və dostları ilə də yaxşı rəftar edərsən”. (Əbu Davud, Ədəb, 120; İbn Macə, Ədəb, 2)

Unutmamaq lazımdır ki, Qurani-Kərim ölülərə yox, dirilərə nazil edilmiş bir kitabdır. Yasin surəsinin 69 və 70-ci ayələrində belə deyilir:

“Biz ona şeir öyrətmədik. Ona yaraşmaz da. O sadəcə olaraq bir öyüd-nəsihət və açıq-aşkar bir Qurandır. Diri olanı xəbərdar etmək üçün. Nankorlara verilən o əzab sözü həyata keçəcək”.

Yuxarıda da qeyd etdiyimiz kimi, Quran oxuyub savabını ölülərə bağışlamaqla əlaqədar nə bir ayə var, nə də hədis. Quranın savabı ancaq onu başa düşərək oxuyan və həyata keçirməyə çalışan şəxsə aid olur. Lakin ölən şəxs sağ olduğu vaxt başqa bir nəfərə Quran oxumağı öyrədibsə və yaxud öyrənməyinə səbəbkarlıq edibsə, onun öyrətdiyi adam hər Quran oxuyanda həmin şəxsə də savab yazılır. Bu da öz növbəsində gözəl bir əmələ səbəb olmağın savabıdır.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
15.710 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Rəsulullaha verilən hikmət, Quranı izah etmək səlahiyyətidirmi? 05.12.16 1.537 dəfə oxundu
2 Tövhid 24.09.16 2.511 dəfə oxundu
3 Tağut 28.04.17 1.457 dəfə oxundu
4 Səhv məalları oxuyub səhv fikirlərə qapılanların məsuliyyəti nədir? 28.12.15 2.690 dəfə oxundu
5 Ölüyə Quran tapşırmaq 11.03.11 15.710 dəfə oxundu
6 Qurani-Kərimin xüsusiyyəti 15.03.11 9.705 dəfə oxundu
7 Quran və müsəlmanlar 29.01.10 4.497 dəfə oxundu
8 Nəsx və izahı 26.05.10 3.794 dəfə oxundu
9 Quranda əşyaların dili 04.07.11 14.050 dəfə oxundu
10 Quranı öyrənmənin üsulu 16.12.15 4.219 dəfə oxundu
11 Quranın ecazı 21.11.11 9.082 dəfə oxundu
12 Quranı başa düşərək oxumaq 05.08.12 18.957 dəfə oxundu
13 Hikmət 09.01.16 3.383 dəfə oxundu