Müsəlmanlar

İddə gözləyən qadın evdən çıxsa nə olar?

Sual: Bir kişi arvadını boşadığı vaxt iddə müddəti daxilində Quranın Talaq surəsinin hökmlərinə zidd olaraq onu evindən çıxartsa, yaxud da qadın özü çıxıb getsə, bu evliliyin hökmü nə olur? Bu halda, xüsusilə də arvadı təzədən evə gəlməsə (qayıtmaq), boşanmaya nə cür xitam vermək lazımdır?

Cavab: Bu halda boşanma yenə həyata keçmiş hesab olunur. Qadının evindən çıxardılmamağı, onun özünün də çıxıb getməməyi, eləcə də kişinin iddəni saymağı boşanmanın həyata keçirilməsi ilə deyil, ailənin təzədən qurulmağıyla əlaqədar bir məsələdir. Əgər qadın çıxıb getsə, yaxud da əri onu qovsa, ər-arvad başqalarının yanında bir-birlərinin pis cəhətlərini açıb danışarlar. Bu da aradakı incikliyin lap dərinləşməyinə gətirib çıxardar. Bu zaman pis niyyətli insanlar da araya girə bilərlər. Nəticədə isə bunun ziyanı onların özlərinə dəyər. Quranda deyildiyi kimi, kim Allahın sərhədlərini aşsa, özünə zülm edər (Talaq, 65/1.).

http://www.muselmanlar.com/fitvalar/3276.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.