Müsəlmanlar

Toy gecəsi aybaşı

Sual: Aybaşı dövrü zifaf gecəsinə (toy gecəsi, evliliyin birinci gecəsi) təsadüf edən bir qadının kəbini düzdür? Yoxsa təmizlənəndən sonra bir də kəbin kəsdirmək lazımdır?

Cavab: Allah Təala Qurani-Kərimdə belə buyurur:

“Səndən qadınların heyzini (aybaşı halını) soruşurlar. De ki, o, bir əziyyətdir. Qadınları heyzli ikən rahat buraxın; təmizlənənə qədər onlara yaxınlaşmayın. Təmizləndikdən sonra onlara Allahın əmr etdiyi yerdən yaxınlaşın. Allah tövbə edənləri də, tərtəmiz olanları da sevər”. (Bəqərə, 2/222)

Bu ayədən belə məlum olur ki, qadınlar aybaşı dövründə ikən təmiz olmurlar. Yəni, qadınlar bu dövrdə şərtlərindən biri də təmizlik olan namaz ibadətini yerinə yetirməklə məsul deyillər. Ayəyə əsasən aybaşı halında olan bir qadına qadağan olan digər bir şey də əri ilə cinsi əlaqəyə girməkdir. Aybaşı halında olan bir qadına bundan başqa qadağan olan bir şey yoxdur.

Bir nikah əqdinin (kəbinin) mötəbər olması üçün qadının aybaşı halında olmamağı kimi bir şərt yoxdur. Qadının aybaşı dövründə kəsilən kəbin mötəbərdir (qüvvədədir), odur ki, qadın təmizlənəndən sonra bir də kəbin kəsdirmək lazım deyil.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.