İslam dini və məzhəblər mürtədlərə necə yanaşır?
Müsəlmanlar > Cəzalar > Fitvalar > Məzhəblər > Mürtədlik Tarix: 11 Haziran 2010 Tövsiyə et Çap et
Sual: İslam dininə əsasən dindən üz döndərənlərin cəzası ölümdür? Bununla əlaqədar Quran ayələri nə cür şərh olunur?

Cavab: Məzhəblər dindən dönən, Peyğəmbərə (ə) söyən və ya həqarət edən adamların öldürülməsi məsələsində ittifaq etmişlər.  Peyğəmbərə (ə) həqarət məsələsində bundan sonrakı başlıqda incələnəcəkdir. Dindən dönüb kafir olanlarla bağlı olaraq ayə belədir:

يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا مَنْ يَرْتَدَّ مِنْكُمْ عَنْ دِينِهِ فَسَوْفَ يَأْتِي اللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَائِمٍ ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ.

«Ey iman edənlər! Sizdən kim dinindən dönərsə, Allah onların yerinə bir toplum gətirər, O onları sevər, onlar da Onu sevərlər. Möminlərə qarşı açıq könüllü, kafirlərə qarşı sərt olarlar. Allah yolunda savaşa atılar, qınayanın qınağından qorxmazlar. Bax, bu Allahın vergisidir, onu haq edənə verir. Allahın imkanları genişdir, hər şeyi bilir.» (Maidə, 5/54)

Mukatil bin Süleymanın (ö. 150/767) bildirdiyinə görə 12 nəfər müsəlman ikən kafir olmuşlar, düşünülmüş bir şəkildə Mədinədən çıxmış, Məkkə yolunu tutaraq Məkkə kafirlərinə qarışmışlar. Sonra içlərindən Haris bin Süvetd peşman olub geri dönmüş, qardaşı Cülasa xəbər göndərərək demişdir: «Mən tövbə edərək geri döndüm, Peyğəmbərdən (ə) öyrən görək, tövbəyə haqqım varmı, yoxsa Şama gedim?» Cülas vəziyyəti Peyğəmbərə (s.a.s) bildirdi, amma cavab ala bilmədi. Sonra bu ayələr nazil oldu:

كَيْفَ يَهْدِي اللَّهُ قَوْمًا كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ وَشَهِدُوا أَنَّ الرَّسُولَ حَقٌّ وَجَاءَهُمُ الْبَيِّنَاتُ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ. أُولَئِكَ جَزَاؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللَّهِ وَالْمَلَائِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ. خَالِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلَا هُمْ يُنْظَرُونَ. إِلَّا الَّذِينَ تَابُوا مِنْ بَعْدِ ذَلِكَ وَأَصْلَحُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ.

«İnandıqdan sonra kafir olan bir toplumu Allah heç yola gətirərmi? Üstəlik onlar o Elçinin doğru olduğuna şahid olmuşlar və özlərinə açıq ayələr də gəlmişdir. Allah zalımlar topluluğunu yola gətirməz.

Onlar ki, var, onların cəzası Allahın, mələklərin və bütün insanların lənətidir, daim o lənət içərisində qalarlar. Sıxıntıları azaldılmaz, onlar göz də aça bilməzlər. Olub bitəndən sonra tövbə edib halını düzəltmiş olanlar başqa. Çünki Allah çox bağışlayandır, ikramı boldur.» (Ali-İmran, 3/86-89)

Demək dindən dönüb kafir olanın cəzası Allahın, mələklərin və bütün insanların lənətidir. Tövbə edən olarsa qurtular. Hökm belə olduğu halda məzhəblərin dindən dönəni öldürmək məsələsində ittifaq etmələri çaşdırıcıdır. Hənəfilərin bu mövzuda dayandıqları ayə budur:

قُلْ لِلْمُخَلَّفِينَ مِنَ الْأَعْرَابِ سَتُدْعَوْنَ إِلَى قَوْمٍ أُولِي بَأْسٍ شَدِيدٍ تُقَاتِلُونَهُمْ أَوْ يُسْلِمُونَ فَإِنْ تُطِيعُوا يُؤْتِكُمُ اللَّهُ أَجْرًا حَسَنًا وَإِنْ تَتَوَلَّوْا كَمَا تَوَلَّيْتُمْ مِنْ قَبْلُ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا.

«Çöl ərəblərindən geridə buraxılanlara de ki, siz çox güclü bir topluma qarşı çağırılacaq, onlarla savaşacaqsınız və ya təslim olacaqlar. Əgər əmrə boyun əyərsiniz Allah sizə gözəl bir qarşılıq verər. Bundan əvvəl üz çevirdiyiniz kimi yenə üz çevirsəniz sizi acıqlı bir əzaba uğradacaqdır.» (Fəth, 48/16)

Bu ayənin «onlarla savaşacaqsınız və ya təslim olacaqlar» hissəsi, dindən dönənin öldürülməsinin dəlili sayılmışdır.  Bu ayədən belə hökm çıxarmaq qeyri-mümkündür.1

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Abdulaziz Bayındır, Kur’an Işığında Doğru Bildiğimiz Yanlışlar, İstanbul, 2007. Mətn Azərbaycan dilinə İsmayılova Könül tərəfindən çevrilib uyğunlaşdırılmışdır. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.221 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Dindən dönüb mürtəd olan bir adamın nikahı pozulurmu? 30.12.15 1.221 dəfə oxundu
2 İslam dini və məzhəblər mürtədlərə necə yanaşır? 11.06.10 2.221 dəfə oxundu
3 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 3.385 dəfə oxundu
4 Mürtədin öldürülməli olduğunu deyən müşrikdir? 10.01.11 1.797 dəfə oxundu
5 Peyğəmbər münafiqlərin rəhbəri Abdulla ibn Übeyyi niyə öldürtmədi? 28.01.11 1.465 dəfə oxundu
6 Dindən dönənlərin öldürülməsi 17.05.14 1.991 dəfə oxundu
7 Dindən dönənlər mirasdan məhrum edilə bilərmi? 30.01.16 563 dəfə oxundu