İslamda terrora necə baxılır? Terror törədənə müsəlman demək olar?
Müsəlmanlar > Fitvalar > Terrora münasibət Tarix: 31 Mayıs 2010 Tövsiyə et Çap et
Sual: İslam dini terroru necə tərif edir? Quranda terror barədə nə deyilir? Son zamanlarda müsəlmanların adı terror hadisələri ilə birlikdə hallanmağa başladı. Kütləvi informasiya vasitələrində məlumat yayılır ki, müsəlmanlar terror törədib günahsız insanları qətlə yetirirlər. Halbuki, biz bilirik ki, İslam dini sülh dinidir. Həqiqi müsəlman heç vaxt fitnə-fəsad yaratmaz, qarışıqlıq salmaz, iğtişaş və terror törətməz. Bu məsələləri Qurana əsasən necə izah etmək olar?

Cavab: Sizin suallarınıza cavab vermək üçün ilahiyyatçı-alim Yaşar Qurbanovun İSLAM DİNİ TERRORUN ƏLEYHİNƏDİR adlı kitabının müvafiq fəslini təqdim edirik:

“Ter­ro­run ən baş­lıca mə­nası qeyri-hərbi, yəni mül­ki hə­dəf­lərə qar­şı si­yasi məq­səd­lə zor is­ti­fadə et­mək­dir. Baş­qa söz­lə desək, ter­ro­run hə­dəf­ləri ta­ma­milə gü­nah­­sız olan dinc in­san­­lar­­dır. Bu in­san­­la­rın ye­ganə “gü­nahı” onun ter­ror­­çu­­nun gö­zün­də “qar­şı tərəf, biz­­dən ol­ma­yan tərəf” ol­ma­sı­dır. Bu sə­bəb­lə də ter­ror gü­nah­sız in­san­lara qar­şı zor tət­biq edil­məsi mə­na­sına gə­lir ki, bu­nun da heç bir əx­laqi an­lamı və üzr­lü sə­bəbi yox­dur.

Qu­ran Al­la­hın in­san­lara yol­gös­tə­rən ola­­raq en­dir­­di­­yi bir ki­tab­dır və Al­lah Qu­ran­da in­san­lara gö­zəl əx­laqı əmr edir. Bu əx­la­qın əsa­sın­da isə sevgi, şəf­­qət, xoş­niy­yət­li­lik, xe­­yir­­xah­lıq, əda­lət və mər­hə­mət kimi an­la­­yış­lar da­ya­nır. Ərəb di­lin­də “İslam” kəl­məsi “sülh” sözü ilə eyni mə­nanı da­şı­yır. İs­lam özün­də Al­la­hın son­suz mər­hə­mət və şəf­qə­tini əks et­di­rən, in­san­lara ra­hat­lıq və sülh dolu bir hə­yat bəxş et­mək üçün Yer üzünə en­di­ril­miş bir din­dir. Qu­ran ayə­­lə­­rin­də in­san­lar Yer üzün­də mər­hə­mə­tin, şəf­­qə­tin, xoş mü­na­si­­bə­tin və sül­hün ya­rana və ya­şaya bi­lə­cəyi mo­del ola­raq məhz İs­lam əx­la­qına ça­ğı­rı­lır. “Bə­qərə” su­rə­si­nin 208-ci ayə­­sin­də belə bu­­yu­­ru­lur:

«Ey iman gə­ti­rən­lər! Ha­mı­nız bir yer­də sül­hə (İs­lama) gəlin! Şey­ta­nın yolu ilə get­mə­yin, çün­ki o, si­zin açıq düş­mə­ni­­niz­dir!»

Ayə­dən də gö­rün­düyü kimi, Al­lah in­san­­la­rın əmin-aman­lı­ğı­nın on­la­rın Qu­ran əx­la­qına uy­ğun ya­şa­ması ilə əldə olu­na­ca­ğını bil­di­rir.

Qu­ran əx­la­qına görə, bir mü­səl­man on­­la­rın mü­səl­­man olub-ol­ma­ma­sın­dan asılı ol­­ma­­ya­raq bü­tün di­gər in­san­lar­la meh­ri­ban və əda­lət­li dav­ran­mağa, zəif­ləri və gü­nah­sız­ları qo­­ru­­mağa və yer üzün­də fitnə-fə­sa­­dın qar­­şı­sını al­mağa borc­lu və mə­sul­dur. Fitnə-fə­sad yer üzün­də in­san­la­rın əmin-aman­­lı­­ğı­­nı və ra­hat­­lı­ğını, sül­hü po­zan hər cür anar­xiya və ter­ror ha­lı­dır. Bir ayədə də bu­yu­ru­lur ki, “Al­lah fitnə-fə­sadı sev­­məz!”. (Əl-Bəqərə, 205)

Bir in­sa­nın gü­nah­sız yerə öl­dü­rül­məsi isə ən bö­yük fitnə-fə­sad nü­mu­nə­lə­rin­dən bi­ri­dir. Al­lah Qu­ran­da bu və­ziy­yəti belə açıq­la­yır:

Al­lah taa­la bu­yur­muş­dur:

“Kim bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kim­səni diriltsə (ölüm­dən qurtarsa), o, bütün insanları dirilt­miş kimi olur”. (Əl-Maidə, 32)

Göründüyü kimi, tək bir insanı belə, “bir kimsəni öldür­məmiş və yer üzündə fitnə-fəsad törətməmiş” bir in­sanı belə öldürən bir adam bütün insanları öldürmüş qədər böyük bir günah qazanır. Bu halda terrorçuların törətdiyi cina­yətin, soyqırımının və indi gündəmdə olan ifadə ilə desək, “intihar hücum­ları”nın nə qədər böyük bir günah olması aydın görü­nür. Allah terror­çuluğun bu əzazilliyinin axirətdəki “mükafatı”­nın nə olacağını belə bildirir:

Al­lah taa­la bu­yur­muş­dur:

«Cəza ancaq insanlara zülm edənlərə, yer üzün­də fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!». (Şura, 42)

Bü­tün bun­lar gös­tə­rir ki, gü­nah­sız in­san­­lara qar­­şı ter­ror əməl­ləri ha­zır­la­maq və on­ları hə­yata ke­çir­­mək İs­lama ta­ma­milə zidd bir iş­dir və heç bir mü­səl­­man belə bir gü­nah edə bil­məz. Ək­sinə, mü­səl­man­­lar bu gün belə gü­nah iş tu­tan in­san­la­rın qar­şı­sını al­maq­la Yer üzün­dəki fitnə-fə­sadı ara­dan qal­dır­ma­­ğa və bü­tün in­san­lara ra­hat­lıq və əmin-aman­lıq gə­tir­­məyə görə mə­su­liy­­yət da­şı­yır­lar. Mü­səl­­man­çı­lıq ter­ror­la bir yer­də ola, hət­ta bir­gə tə­səv­vür edilə bil­məz, ək­sinə, İs­lam ter­ro­run qar­şı­sın­dakı ən bö­yük maneə və ter­ror prob­­le­­mi­nin çö­zül­məsi yo­lu­dur”.1

QEYD: Bu məsələ ilə əlaqədar olaraq saytımızın aşağıdakı bölmələrinə də baxın:

İslamda Terror Yoxdur

İntihar Hücumları

İntihar Aktları

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Mənbə: Yaşar Qurbanov, “İslam Dini Terrorun Əleyhinədir”, Bakı, 2006-cı il, s. 12-14, fəslin adı: İslam Sülh Dinidir. Əsər http://www.islamevi.az saytından şəxsən müəllifdən və saytın idarə heyətindən icazə alınmaqla götürülmüşdür. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
2.169 dəfə oxundu