Müselmanlar
Həzrəti Əli haqqında əleyhissalam demək olar?

Həzrəti Əli haqqında əleyhissalam demək olar?

Sual: Bəzi mənbələrdə və yerlərdə həzrəti Əli barədə “əleyhissalam” ifadəsi işlədilir. Lakin biz bilirik ki, dini ədəbiyyatda peyğəmbərlər haqqında “əleyhissalam” deyilir. Görəsən, fərqli bir məna verdikdən sonra həzrəti Əli haqqında da əleyhissalam demək olar?

Cavab: “Əleyhissalam” sözünün mənası: “Ona salam olsun”, – deməkdir. Biz müsəlmanlar salamı sağ, yəni, hal-hazırda diri olan insanlara verdiyimiz kimi, qəbirlərə də veririk. Bizə salam deyən bir kəs haqqında “ona da salam olsun” mənasını verən “əleyhissalam” sözünü işlədirik.

Lakin bizim adət-ənənələrimizdə, eləcə də dini sahə ilə əlaqədar ədəbiyyatda  bir addan sonra deyilən “əleyhissalam” dua cümləsi peyğəmbərlər haqqında işlədilir. Musa əleyhissalam, İsa əleyhissalam deyildiyi kimi. Buna görə də peyğəmbər olmayan bir şəxsin adından sonra əleyhissalam deyilməyi qara camaatın arasında həmin şəxsin peyğəmbər sayıldığına dair şübhə oyada bilər. Elə isə camaatın səhv başa düşməyinə səbəb olmamaq üçün əleyhissalam sözünü bu cür işlətməmək münasibdir.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Bizi izləyin