Ölü balıqlar da ayələrdə haram olunan meytə qismindəndir?
Müsəlmanlar > Fitvalar > Yemək-içmək Tarix: 29 aprel 2010 Tövsiyə et Çap et
Sual: Maidə surəsinin 3-cü ayəsindəki “meytə (ölü)” ifadəsi nəyi bildirir? Balıqlar da bu kateqoriyaya daxildir? Yəni, ölü balığı yemək olar?

Cavab: Bəqərə surəsinin 173-cü, Maidə surəsinin 3-cü, Ənam surəsinin 145-ci və Nəhl surəsinin 115-ci ayələrində təsadüf olunan meytə sözü kəsilməmiş ölən (murdar olan) heyvanı, öz əcəli ilə ölən və yaxud kəsilmədən öldürülən heyvanı, istər əhliləşdirilmiş, istərsə də vəhşi olsun, yeyilməsi mübah olan və quruda yaşayan heyvanı və axıcı qanı olan quşları, eləcə də kəsilmədən öz-özünə ölən heyvanları ifadə edir.

Meytə sözünün Azərbaycan dilindəki mənası leş sözüdür. Yəni, bu sözü Ərəb dilindən bizim dilimizə leş və ölü kimi tərcümə etmək olar.

Allah Təala quruda yaşayan heyvanların əksinə, suda yaşayan heyvanların halal olduğunu heç bir istisna olmadan belə bildirir:

“Dəniz ovu və onun qidası sizə də, səfərdə olanlara da bir dolanışıq kimi halal edilmişdir”.1

Bu ayəyə əsasən dəniz heyvanlarının, yəni, suyun altından başqa bir yerdə yaşaya bilməyən heyvanların hamısı harada və necə olursa, olsun, halaldır. Həmin heyvanların adı nə olursa olsun, tutan (ovlayan) istər müsəlman, istərsə də qeyri-müsəlman olsun, diri və ya ölü olmağına baxılmadan eyni hökm verilib: Halaldır.

Allah müəyyən bir hissəsini haram etmədən və başqa heyvanlarda olduğu kimi, kəsilmək şərtinin qoyulmadığı bütün dəniz heyvanlarının halal olduğunu bildirməklə Öz bəndələrinə asanlıq və rahatlıq vermişdir”.2

Həzrəti peyğəmbərdən (s. a. v.) nəql olunan rəvayətlərə əsasən balığın ölüsü meytə qisminə daxil deyil. Bir dəfə peyğəmbərdən dəniz suyunun hökmünü soruşdular. O da belə cavab verdi:

“Dənizin suyu təmiz, meytəsi də halaldır”.3

Beləliklə, bu hədis də ümumi qaydada bütün dəniz heyvanlarının ölüsünün halal olduğunu göstərir.

Balığın təzkiyə olunmadan (kəsilməmiş) yeyilməyi və ölüsünün halal olması bütün məzhəblər tərəfindən də yekdilliklə qəbul olunub.

Balıqla yanaşı, çəyirtkə də meytə kateqoriyasına daxil deyil. Xahiş edirik, çəyirtkə yemək barədə ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olasınız:

http://www.muselmanlar.com/fitvalar/462.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Maidə, 5/96. []
  2. Yusuf Əl-Qaradavi, İslamda Helal ve Haram, Türk dilinə tərcümə edən Mustafa Varlı, Hilal nəşriyyatı, 3-cü nəşr, Ankara, 1971, s. 64. []
  3. Muvatta, Təharət (Təmizlik), 12, Sayd (Ov), 12; Əhməd ibn Hənbəl, 2/237, 361, 378, 393; İbn Macə, Təharət, 38; Əbu Davud, Təharət, 41; Tirmizi, Təharət, 52; Nəsai, Təharət, 46, Miyah (Sular), 4, Sayd, 35. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Marqarin və donuz piyi 05.07.09 664 dəfə oxundu
2 Pendir, pendir mayası və pendir istehsalı 05.07.09 744 dəfə oxundu
3 Yəhudi və xristianların kəsdiyi heyvanların ətini yemək olar? 05.07.09 544 dəfə oxundu
4 Sulu qəlyan çəkmək olar? 05.07.09 1.035 dəfə oxundu
5 Qəbristandakı məhsulları yemək olar? 05.07.09 432 dəfə oxundu
6 Heyvanın xayasını yeməyin dini cəhətdən hökmü nədir? 05.07.09 722 dəfə oxundu
7 Çəyirtkə yemək olar? 05.07.09 581 dəfə oxundu
8 Qurbağa yemək olar? Dində buna icazə verilir? 05.07.09 574 dəfə oxundu
9 Çiy ət, çiy basdırma və bu kimi şeylər yeməyin dini hökmü nədir? 05.07.09 519 dəfə oxundu
10 Xaşxaş haramdır? 29.06.10 592 dəfə oxundu
11 Tualet və mətbəx tullantıları eyni yerə gedir. Bu düzdür? 16.07.10 465 dəfə oxundu
12 Spirtsiz pivəni içmək olar? 11.11.11 381 dəfə oxundu
13 Spirtli içkiləri müalicə məqsədi ilə işlətmək olar? 06.04.11 445 dəfə oxundu
14 İçkili yerlərdə yemək yeməyə getmək olar? 24.03.10 531 dəfə oxundu
15 Elektroşok üsulu ilə kəsilən heyvanın ətini yemək olar? 08.04.10 413 dəfə oxundu
16 Siqaret çəkmək də, yağlı yemək də zərərlidir. Bunların hökmü eynidir? 08.04.10 641 dəfə oxundu
17 Ölü balıqlar da ayələrdə haram olunan meytə qismindəndir? 29.04.10 504 dəfə oxundu
18 Başından vurulub öldürülən balıqları yemək olar? 01.05.10 366 dəfə oxundu
19 Siz nə üçün içkinin qəti surətdə haram olduğunu deyirsiniz? 13.05.10 550 dəfə oxundu
20 Qadın heyvan kəsə bilər? 24.05.10 740 dəfə oxundu
21 Çəyirtkə yeməklə əlaqədar fikrinizə təzədən nəzər sala bilərsiniz? 25.05.10 396 dəfə oxundu
22 Vegetarianlığa münasibət 29.06.10 1.768 dəfə oxundu
23 Kımız içmək olar? 29.06.10 426 dəfə oxundu
24 Sirkədəki spirtli maddənin hökmü nədir? 12.07.10 415 dəfə oxundu
25 Meyvələrdəki alkoqolun hökmü nədir? 12.07.10 435 dəfə oxundu
26 Haram yem yeyən heyvanın əti halaldır? 13.07.10 420 dəfə oxundu
27 Molyusk yemək halaldır, yoxsa haram? 02.03.11 285 dəfə oxundu
28 Cirəgülü bitkisinin çayını içmək olar? 01.04.11 229 dəfə oxundu
29 Qadağa dövründə ov etmək olar? 15.04.11 261 dəfə oxundu
30 Zəmzəm suyu içənlərin araq içməyi lap çox günahdır? 15.05.11 310 dəfə oxundu
31 Marketlərdə satılan toyuqları yemək olar? 18.05.11 442 dəfə oxundu
32 Qurana əsasən mərci, soğan və sarımsağın bir qiyməti yoxdur? 24.05.11 318 dəfə oxundu
33 Murdar olan heyvanın hansısa bir yerini yemək olar? 04.06.11 261 dəfə oxundu
34 İkra yemək olar? 18.07.11 306 dəfə oxundu
35 Çox yemək insanın qəlbini qaraldır? 19.07.11 267 dəfə oxundu
36 Sağlamlığa ziyan verən xəmir xörəklərinin hökmü nədir? 08.09.11 220 dəfə oxundu
37 Balığı tam ölməmiş qızardıb yemək düzdür? 22.10.11 156 dəfə oxundu
38 Tərkibində malt olan qida məhsulları halaldır? 25.10.11 109 dəfə oxundu
39 Ölü heyvandan emal edilən yemlə qidalanan heyvanı yemək olar? 26.10.11 137 dəfə oxundu
40 Tərkibində E 120 maddəsi olan qida məhsulları halaldır? 28.10.11 160 dəfə oxundu
41 Çaxırdan emal edilən balzamik sirkə halaldır? 17.11.11 162 dəfə oxundu
42 Yəhudilərə niyə çox ağır yemək-içmək qadağaları qoyulub? 21.11.11 295 dəfə oxundu