Forex sistemi ilə valyuta alıb satmaq düzgündür?
Müsəlmanlar > Al-ver > Fitvalar Tarix: 27 aprel 2010 Tövsiyə et Çap et
Sual: Forex sistemi vasitəsilə beynəlxalq birjalarda valyuta alış-satışı ilə məşğul olmağa dində necə baxılır? Forex elə bir birjadır ki, orada avro, dollar, funt sterlinq və yapon yeni kimi pullar alınıb satılır. Bu bazarın əsas xüsusiyyəti ondan ibarətdir ki, əməliyyatlar nağd puldan istifadə olunmadan həyata keçirilir. Bundan ötrü əvvəlcə Forex şirkətində bir hesab açmaq və yarana biləcək zərəri ödəmək üçün təminat-zəmanət vermək lazımdır. Şirkət isə təminatın 100 qatı, hətta 400 qatına qədər alış-satış apara bilər. Misal üçün, təminat 1000 dollardırsa, 400000 dollara qədər alış-satış imkanı verə bilər. Valyutanın alışı və satışı arasındakı fərq (spread) xeyir (nəf, gəlir) və ya zərəri (ziyan, itki) təşkil edir. Belə bir ticarət halaldır?

Cavab: Forex valyuta alveri deyil. Çünki bu birjada bütün əməliyyatlar xəyalidir. Olmayan bir valyutanın hesaba daxil edilməsi ilə başlayan əməliyyat olmayan pulların dəyişdirilməsi (bir növ mübadilə) ilə davam edir. Bu xəyali alış-satışlardan yaranan xeyir və ya ziyan sanki həqiqi imiş kimi hesaba köçürülür. Şirkətin hesabına köçürülən pul sadəcə olaraq meydana gələ biləcək zərəri aradan qaldırmaq, yəni, ziyanı ödəmək üçün alınan təminatdır. Beləcə, həmişə qazanc götürən və heç bir vaxt ziyana düşməyən də Forex firmasıdır.

Belə şeylər ticarət deyil, batil, yəni, reallıqda olmayan xəyali əməliyyatlardır. Bu yolla götürülən qazanc haramdır. Allah Təala belə buyurur:

“Ey möminlər! Bir-birinizin malını haqsızlıqla yeməyin! Bu ancaq qarşılıqlı razılıq yolu ilə baş verən alış-satışla (ticarət) ola bilər. Özünüzü öldürməyin. Allah sizə qarşı mərhəmətlidir. Kim bunu həddi aşaraq və zülmkarlıqla etsə, onu bir alova salarıq. Bu, Allah üçün asandır”. (Nisa, 4/29-30)

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Borc almaq və onu qaytarmaq barədə 30.07.09 323 dəfə oxundu
2 Eyni malın nağd və nisyə qiymətlərində fərq ola bilər? 30.07.09 286 dəfə oxundu
3 Bir malı nağd qiymətindən artıq qiymətə satmaq olar? 30.07.09 269 dəfə oxundu
4 Alverdə gəlirin həddi 30.07.09 387 dəfə oxundu
5 Müsadirə olunan və hərracla satılan malları almaq olar? 13.04.11 213 dəfə oxundu
6 Peyğəmbər yəhudilərlə al-ver edib? 19.12.09 466 dəfə oxundu
7 İnternetdə kliklə pul qazanmaq düzgündür? 06.02.10 588 dəfə oxundu
8 İmam Əbu Hənifə al-verdə bir gəlir limiti müəyyənləşdirib? 27.03.10 390 dəfə oxundu
9 Satılan malın bütün xüsusiyyətlərini alıcıya bildirmək lazımdır? 05.01.12 112 dəfə oxundu
10 Mən banklardan kredit götürən adamlara maşın sata bilərəm? 15.04.10 823 dəfə oxundu
11 Bir malın qiyməti qalxsa, biz də qiyməti artıra bilərik? 21.04.10 266 dəfə oxundu
12 Əldəki malı təzə qiymətlə satmaq olar? 21.04.10 229 dəfə oxundu
13 Forex sistemi ilə valyuta alıb satmaq düzgündür? 27.04.10 343 dəfə oxundu
14 Pişik və it alıb satmaq olar? 27.04.10 461 dəfə oxundu
15 Hərraclarda hər təzə təklif üçün ayrı bir məbləğ almaq dini cəhətdən düzgündür? 28.04.10 228 dəfə oxundu
16 Başqa model maşın öhdəliyi götürmək düzgündür? 28.04.10 248 dəfə oxundu
17 Məscidin qabağında al-ver 01.05.10 950 dəfə oxundu
18 Bir malın mənşəyini dəyişdirmək düzdür? 14.06.11 255 dəfə oxundu
19 Müsadirə olunmuş malları alıb satmaq olar? 14.06.10 258 dəfə oxundu
20 Hələ çiçək açmamış meyvəni ağacda ola-ola satmaq düzdür? 06.08.10 270 dəfə oxundu
21 Qanunsuz malı almaq günahdır? 11.12.10 263 dəfə oxundu
22 Qızılı satan kimi aşağı qiymətlə təzədən almaq düzgündür? 17.12.10 446 dəfə oxundu
23 İçki satılan yerdən ayın-oyun almaq olar? 05.01.11 351 dəfə oxundu
24 Bir malı almaq fikrindən daşınan alıcı cərimə verməlidir? 19.01.11 295 dəfə oxundu
25 Ətriyyat al-veri etmək olar? 24.01.11 307 dəfə oxundu
26 Al-verdə 100% qazanc götürmək halaldır? 01.02.11 404 dəfə oxundu
27 Bina hələ tikilməmiş mənzilləri satmaq və almaq olar? 11.02.11 325 dəfə oxundu
28 Satış nümayəndəliyi alıb rəqabətə mane olmaq düzdür? 14.02.11 278 dəfə oxundu
29 Kişilərə qızıl və ipək satmaq haramdır? 24.02.11 304 dəfə oxundu
30 Çek xırdalatmaq düzdür? 29.04.11 186 dəfə oxundu
31 Lyoness sistemindən pul qazanmaq olar? 13.07.11 265 dəfə oxundu
32 Nisyə satılan bir malın pulu təzə qiymətlə verilməlidir? 06.10.11 130 dəfə oxundu
33 Ev alqı-satqısı ilə məşğul olmaq haramdır? 08.10.11 223 dəfə oxundu
34 Cümə namazının vaxtında məktəbin bufetindən nəsə almaq haramdır? 21.12.11 99 dəfə oxundu
35 Sabit bir xeyir götürmək üçün pulumu zərgərə verə bilərəm? 26.09.11 170 dəfə oxundu
36 Bir şeyi tərəzidə çəkəndə tara nəzərə alınmalıdır? 10.01.12 143 dəfə oxundu
37 Səhm alqı-satqısı ilə məşğul olmaq olar? 17.01.12 82 dəfə oxundu
38 Qiyməti qızışdırmaq halaldır? 01.02.12 92 dəfə oxundu
39 Birinin ehtiyacı olan malı nağd alıb ona nisyə satmaq olar? 02.02.12 79 dəfə oxundu
40 Haram olan bir şeyi istehsal etmək və satmaq olar? 06.02.12 69 dəfə oxundu