Siqaret çəkmək də, yağlı yemək də zərərlidir. Bunların hökmü eynidir?
Müsəlmanlar > Fitvalar > Siqaretə baxış > Yemək-içmək Tarix: 08 aprel 2010 Tövsiyə et Çap et
Sual: Mən bir neçə yerdə dedim ki, siqaret çəkmək insanın sağlamlığına zərər vurduğuna görə caiz deyil. Tanış-bilişlər o dəqiqə dedilər ki, çox yağlı yemək və həddindən artıq qırmızı ət yemək də sağlamlığa zərərlidir. Onların fikrincə, yağlı şeylər yemək də eyni məntiqə əsasən dini cəhətdən caiz olmamalıdır. Sonra əlavə etdilər ki, siqaret çəkməyin haram olub olmaması məsələsi şübhəlidir. Bu məsələni necə izah etmək olar?

Cavab: Siqaret çəkməyin haram olduğunu deyən fikir bir ictihada əsaslanır. Yəni, bu barədə “Siqaret haramdır” formasında bir Quran ayəsi və ya peyğəmbər hədisi yoxdur. Ancaq Allah ayələrdə xəbis şeylərin haram olduğunu bildirib.1

Bununla yanaşı, yaxşı məlumdur ki, siqaretin sağlamlığa çox böyük zərəri var. Beləcə, bunlara baxıb siqaret çəkməyin caiz olmadığını demək olar.

Saytımızda siqaret çəkməklə əlaqədar bir sual-cavab var. Həmin sual-cavabı aşağıdakı keçiddən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/653.html

Qırmızı ət və ya digər qida məshullarında isə vəziyyət başqa cürdür. Belə ki, qırmızı ət öz-özlüyündə zərərli olan bir şey deyil. Sadəcə olaraq müəyyən xəstəliyi olan bəzi insanlara və həddindən çox yeyənlərə zərərli olduğu məlumdur. Əslində bu cür bir təhlükə başqa qida məhsullarında da ola bilər. Misal üçün, qənd zərərli bir qida məhsulu deyil. Lakin həkimlər bəzi xəstələrə məsləhət görürlər ki, qənd yeməkdən uzaq dursunlar. Bu isə öz növbəsində qəndin haram olduğunu deyil, sadəcə olaraq həmin şəxsin və ya onun kimi insanların sağlamlığına ziyan verdiyini göstərir. Yəni, qənddən hamı deyil, ancaq müəyyən naxoşluğu olanlar uzaq durmalıdır.

Amma indiyə qədər siqaretin bir xeyrinin olduğunu deyən hər hansı bir mütəxəssis olmayıb. Əksinə, sübut olunub ki, hamıya ziyandır və olduqca zərərli bir şeydir. Bu baxımdan siqaretdən qəti surətdə uzaq durmaq lazımdır.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Əraf, 7/157. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Marqarin və donuz piyi 05.07.09 664 dəfə oxundu
2 Pendir, pendir mayası və pendir istehsalı 05.07.09 744 dəfə oxundu
3 Yəhudi və xristianların kəsdiyi heyvanların ətini yemək olar? 05.07.09 544 dəfə oxundu
4 Sulu qəlyan çəkmək olar? 05.07.09 1.035 dəfə oxundu
5 Qəbristandakı məhsulları yemək olar? 05.07.09 432 dəfə oxundu
6 Heyvanın xayasını yeməyin dini cəhətdən hökmü nədir? 05.07.09 722 dəfə oxundu
7 Çəyirtkə yemək olar? 05.07.09 581 dəfə oxundu
8 Qurbağa yemək olar? Dində buna icazə verilir? 05.07.09 574 dəfə oxundu
9 Çiy ət, çiy basdırma və bu kimi şeylər yeməyin dini hökmü nədir? 05.07.09 519 dəfə oxundu
10 Xaşxaş haramdır? 29.06.10 592 dəfə oxundu
11 Tualet və mətbəx tullantıları eyni yerə gedir. Bu düzdür? 16.07.10 465 dəfə oxundu
12 Spirtsiz pivəni içmək olar? 11.11.11 381 dəfə oxundu
13 Spirtli içkiləri müalicə məqsədi ilə işlətmək olar? 06.04.11 445 dəfə oxundu
14 İçkili yerlərdə yemək yeməyə getmək olar? 24.03.10 532 dəfə oxundu
15 Elektroşok üsulu ilə kəsilən heyvanın ətini yemək olar? 08.04.10 413 dəfə oxundu
16 Siqaret çəkmək də, yağlı yemək də zərərlidir. Bunların hökmü eynidir? 08.04.10 642 dəfə oxundu
17 Ölü balıqlar da ayələrdə haram olunan meytə qismindəndir? 29.04.10 504 dəfə oxundu
18 Başından vurulub öldürülən balıqları yemək olar? 01.05.10 366 dəfə oxundu
19 Siz nə üçün içkinin qəti surətdə haram olduğunu deyirsiniz? 13.05.10 550 dəfə oxundu
20 Qadın heyvan kəsə bilər? 24.05.10 740 dəfə oxundu
21 Çəyirtkə yeməklə əlaqədar fikrinizə təzədən nəzər sala bilərsiniz? 25.05.10 397 dəfə oxundu
22 Vegetarianlığa münasibət 29.06.10 1.768 dəfə oxundu
23 Kımız içmək olar? 29.06.10 426 dəfə oxundu
24 Sirkədəki spirtli maddənin hökmü nədir? 12.07.10 415 dəfə oxundu
25 Meyvələrdəki alkoqolun hökmü nədir? 12.07.10 435 dəfə oxundu
26 Haram yem yeyən heyvanın əti halaldır? 13.07.10 420 dəfə oxundu
27 Molyusk yemək halaldır, yoxsa haram? 02.03.11 285 dəfə oxundu
28 Cirəgülü bitkisinin çayını içmək olar? 01.04.11 229 dəfə oxundu
29 Qadağa dövründə ov etmək olar? 15.04.11 261 dəfə oxundu
30 Zəmzəm suyu içənlərin araq içməyi lap çox günahdır? 15.05.11 310 dəfə oxundu
31 Marketlərdə satılan toyuqları yemək olar? 18.05.11 442 dəfə oxundu
32 Qurana əsasən mərci, soğan və sarımsağın bir qiyməti yoxdur? 24.05.11 318 dəfə oxundu
33 Murdar olan heyvanın hansısa bir yerini yemək olar? 04.06.11 261 dəfə oxundu
34 İkra yemək olar? 18.07.11 306 dəfə oxundu
35 Çox yemək insanın qəlbini qaraldır? 19.07.11 267 dəfə oxundu
36 Sağlamlığa ziyan verən xəmir xörəklərinin hökmü nədir? 08.09.11 220 dəfə oxundu
37 Balığı tam ölməmiş qızardıb yemək düzdür? 22.10.11 156 dəfə oxundu
38 Tərkibində malt olan qida məhsulları halaldır? 25.10.11 109 dəfə oxundu
39 Ölü heyvandan emal edilən yemlə qidalanan heyvanı yemək olar? 26.10.11 137 dəfə oxundu
40 Tərkibində E 120 maddəsi olan qida məhsulları halaldır? 28.10.11 160 dəfə oxundu
41 Çaxırdan emal edilən balzamik sirkə halaldır? 17.11.11 162 dəfə oxundu
42 Yəhudilərə niyə çox ağır yemək-içmək qadağaları qoyulub? 21.11.11 295 dəfə oxundu