Quran təbliğ olunmayan bir insan Allah dərgahında cavabdehdir?
Müsəlmanlar > Fitvalar > Qeyri-müsəlmanlar Tarix: 05 aprel 2010 Tövsiyə et Çap et
Sual: Quran təbliğ edilməmiş, yəni, Qurandan bir şey bilməyən insan Allahın qarşısında məsuliyyət daşıyır? Əgər məsuliyyəti varsa, nədən ibarətdir?

Cavab: Bu şəxsin məsuliyyəti Allaha şərik qoşmamaq və bildiyi düzgün işləri görməkdən ibarətdir.

Hər bir insan öz müşahidələri ilə Allahın varlıq və birliyini, sanki gözü ilə görmüş və əli ilə toxunmuş kimi qavrayır və bunu Allaha qarşı etiraf edir. Quranda belə deyilir:

“Rəbbin Adəm oğullarından, onların bellərindən nəsillərini aldığı zaman onların özlərini özlərinə qarşı şahid tutub, «Mən sizin Rəbbiniz deyiləmmi?», – deyə soruşdu. Cavabında onlar: «Bəli, sən bizim Rəbbimizsən. Biz buna şahidik», – dedilər. Artıq Qiyamət günü: «Biz bunu başa düşmürdük», – deyə bilməzsiniz.

Belə də deyə bilməzsiniz: Əvvəllər Allaha şərik qoşanlar bizim atalarımız idilər. Biz isə onlardan sonra gələn bir nəsil idik. Məgər sən o batil yola düşənlərin ucbatından bizi yox edəcəksən?

Budur, biz o dəlilləri beləcə açıq-aşkar izah edirik. Onlar bəlkə, qayıdalar”.1

Adəm övladlarının “bellərindən nəsillərinin götürülməyi” nəsli davam etdirən toxumun alınmağıdır. İnsan onunla həddi-büluğ çağına daxil olur və uşağı olacaq yaşa gəlib çatır. İnsan uşaq vaxtı Allahı axtarmağa başlayır. Bu məsələdə ətrafındakı insanları sual yağışına tutur. Sonra Allahın var və bir olduğunu tamamilə dərk edir. Allah ondan onun özünün rast gəldiyi dəlillər vasitəsilə sanki: “Mən sənin Rəbbin deyiləmmi?” – deyə, soruşur. O da qətiyyətlə: “Bəli, Rəbbimsən. Mən buna şahilik edirəm” – deyə, cavab verir. İnsan ətrafındakılar üzərində müşahidə apardıqca buna oxşar hallar təkrar olunur. Buna görə də hər insan Allahın var və bir olduğunu, hər şeyi ona borclu olduğunu qəbul edir və ona bəndə olmalı olduğunu başa düşür.

Bundan sonra insan ya birbaşa, ya da vasitəli formada Allaha ibadət edir. Özünə peyğəmbər təbliği gəlməyən bir insanın birbaşa ibadəti Allahın qoyduğu təbiət qanunlarına, yəni, cahanşümul xüsusiyyət kəsb edən həqiqətlərə müvafiq rəftar etməyi ilə baş verir. Bunlar düzgün yolda olanlardır.

Bəzi insanlar da öz düzgün bildikləri şeylərə əsasən hərəkət edirlər. Öz mənfəətlərini ön planda tutur və əksər hallarda əcdadının yolu ilə gedirlər. Bu hal onların ağlına batmasa da, ziddinə getmirlər.

Kainat Allahın yaratdığı kitab, peyğəmbərlərin gətirdikləri isə Allahın nazil etdiyi kitablardır. Ümumbəşəri dəyərlər və elm Allahın yaratdığı kitabdan əxz olunur. Endirdiyi kitablarda isə həmin şeylərin qayda-qanunları mövcuddur. Quran Allahın kitablarının axırıncı nüsxəsidir. Allah Təala belə buyurur:

“Ey Muhəmməd! Biz səninlə o həqiqəti (Quran) müjdə verən və qorxudub xəbərdarlıq edən olsun deyə göndərdik. Hər ümmətin keçmişində ona xəbər verən biri mütləq var”.2

Hər millətə bir peyğəmbər göndərilib. Buna görə də hazırkı dinlərin hər birinin bünövrəsində bir elçinin təbliğini görmək olar. Lakin insanlar peyğəmbərlərdən sonra həmin dini dərhal “özlərinə uyğun” hala gətiriblər. Əvvəl din xadimləri üzə çıxmış, sonra Allahdan qabaq qeydsiz-şərtsiz itaət edilən ruhani varlıqlar formalaşdırılmışdır. Din adamları isə həm özlərini müqəddəsləşdirmək, həm də istədikləri şeyləri sanki Allah istəyirmiş kimi təqdim etmək üçün bu “varlıqları” Allahın yanında mötəbər kimi göstərmiş və Allaha onların vasitəsilə “çatmaq” lazım gəldiyini demişlər.

Bu kimi fikir və iddiaların tutarlı bir cəhəti olmur. İnsanlar doğru olduğuna görə deyil, ətraflarındakı insanların və adət-ənənənin təsiri altında bu cür əqidələrə üz tuturlar. Beləcə, Allahla əlaqələri pozulur. Öz azadlıqlarını, başqa sözlə, öz azad seçim hüquqlarını bir növ bu kimi şəxs və qruplaşmalara satırlar. Əvvəlcə onların, sonra isə Allahın qulu olurlar. Beləliklə, Allaha şərik qoşub şirkə batırlar. Heç bir kəs Allaha şərik qoşduğu varlıqlar haqqında haqlı bir səbəb tapa bilmədiyinə görə Axirətdə aşağıda yazılmış sözü deyə bilməyəcək:

Əvvəllər Allaha şərik qoşanlar bizim atalarımız idilər. Biz isə onlardan sonra gələn bir nəsil idik. Məgər sən o batil yola düşənlərin ucbatından bizi yox edəcəksən?”.3

Peyğəmbərlər insanlara deyiblər ki, Allahdan başqasına ibadət etməsinlər. Allahdan başqa bir varlığa ibadət etmək Allahın xaricində hansısa varlığa qul və kölə olmaq deməkdir. Bu da öz növbəsində azadlığı məhv edir.

Dinin özəyi imandan ibarətdir. İmanın əsası isə onu daxilən (ürəkdən) qəbul etmək, yəni, qəlb ilə təsdiq etməkdir. Qəlbdəki təsdiqi bir həmin şəxs, bir də Allah bilir. Qəlb insanın ən azad olduğu yerdir. Buna görə də heç kəsi bir əqidəni qəbul etməyə və yaxud inkar etməyə məcbur etmək olmaz. Quranda deyilir:

“Dində zorakılıq (məcburiyyət) yoxdur. Artıq doğru və əyri bir-birindən yaxşıca ayrılmışdır. Hər kəs azğınları inkar edər və Allaha inanarsa, o, qopmaq bilməyən möhkəm qulpdan tutmuş olar. Allah eşidəndir, biləndir!”.4 Yeri gəlmişkən, bu mövzu və Bəqərə surəsinin 256-cı ayəsi ilə əlaqədar sual-cavabla burada tanış ola bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/485.html

Deməli, özünə bir peyğəmbərin təbliği gəlib çatmayan bir şəxsin əsas borcu Allahdan başqasına qul olmamaqdır. Allah şirk barədə belə deyir:

Allah Özünə ortaq (şərik) qoşulmağını əsla bağışlamaz. Onun xaricində qalanı bağışlanmağa layiq olan üçün bağışlayar”.5

Allahın varlığının və birliyinin dəlili hər yerdə saysız-hesabsız olduğu halda, şərik qoşulanlarla əlaqədar hər hansı bir dəlil-sübut yoxdur. Buna görə də ağlını işlədən heç bir şəxs şirk bataqlığına girməz. Ağlından istifadə etməyən insan ən yaxşı dini təhsilə malik olsa da, şirk çirkabından xilas ola bilməz. Çünkü “Allah o murdarlığı ağlını işlətməyənlərin üstünə yığar”.6 Buna görə də insana təbliğ gəlib çatsın və ya çatmasın, onun bağışlanmayacağı yeganə günah şirk günahıdır.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Əraf, 7/172-174. []
  2. Fatir, 35/24. []
  3. Əraf, 7/173. []
  4. Bəqərə, 2/256. []
  5. Nisa, 4/48. “Günahların bağışlanması” ilə əlaqədar sual-cavabı bu keçiddə oxuya bilərsiniz: http://www.muselmanlar.com/fitvalar/488.html []
  6. Yunus, 10/100. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Xristianlar məsciddə mərasim keçirə bilərlər? 15.06.11 225 dəfə oxundu
2 Qeyri-müsəlmanlar 29.06.09 415 dəfə oxundu
3 Bəzək üçün xaç taxmaq olar? 29.06.09 445 dəfə oxundu
4 Qeyri-müsəlmanların xeyirli əməlləri nə olacaq? 11.04.11 198 dəfə oxundu
5 Müsəlman olmayanı tərifləmək olar? 13.02.10 354 dəfə oxundu
6 Quran təbliğ olunmayan bir insan Allah dərgahında cavabdehdir? 05.04.10 394 dəfə oxundu
7 Peyğəmbər yəhudilərlə al-ver edib? 19.12.09 466 dəfə oxundu
8 Yəhudi və xristianlarla əməkdaşlıq etmək olar? 13.04.10 403 dəfə oxundu
9 Müsəlman olmayanlara rəhmət oxumaq olar? 02.05.10 372 dəfə oxundu
10 Xaçpərəstlər həzrəti Məryəmi də ilahlaşdırıblar? 20.06.10 549 dəfə oxundu
11 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 770 dəfə oxundu
12 İslam əhli olmayanlara bəxşiş vermək olar? 22.06.10 327 dəfə oxundu
13 Müsəlman olmaq istəyən yəhudi əvvəl xristian olmalıdır? 11.12.10 333 dəfə oxundu
14 Tövrat təhrif edilib, yoxsa yox? 23.11.10 449 dəfə oxundu
15 Müsəlman olmayanın haqqını yemək 20.12.10 404 dəfə oxundu
16 İslam düşmənlərini öldürmək olar? 27.12.10 365 dəfə oxundu
17 Sabi nə deməkdir? Quranda sabilik barədə məlumat var? 21.05.10 364 dəfə oxundu
18 Bəni İsrail deyildiyi vaxt kimlər nəzərdə tutulur? 24.02.11 259 dəfə oxundu
19 Başsağlığı vermək üçün kilsədəki cənazə mərasiminə getmək olar? 02.04.11 277 dəfə oxundu
20 Bəşəriyyət üçün yaxşı işlər görən qeyri-müsəlmanlara rəhmət oxumaq olar? 11.04.11 212 dəfə oxundu
21 Yəhudilər anadangəlmə lənətləniblər? 20.04.11 283 dəfə oxundu
22 Müsəlmanlar Quranın yandırılmasına nə cür reaksiya verməlidirlər? 28.04.11 223 dəfə oxundu
23 Təqva nədir? Qeyri-müsəlman təqvalı ola bilər? 07.03.11 317 dəfə oxundu
24 Müsəlman olmayanlara zəkat vermək olar? 14.07.09 325 dəfə oxundu
25 Həvarilər 29.06.11 167 dəfə oxundu
26 İnanmadığı halda yaxşılıq edən insan buna görə savab qazanır? 25.10.11 123 dəfə oxundu
27 Yəhudilərə niyə çox ağır yemək-içmək qadağaları qoyulub? 21.11.11 292 dəfə oxundu
28 Müsəlman olmayan bir həkim müsəlman uşaqları sünnət edə bilər? 08.12.11 183 dəfə oxundu