Cavab: Allah Təala xəstələrə oruc tutmamaq icazəsi verib. Bəqərə surəsində bununla əlaqədar ayələr aşağıdakı kimidir:
184-cü ayə: Orucu sayılı günlərdə tutun. Aranızdan xəstə və ya səfər üstə olan(lar) tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun.
185-ci ayə: Ramazan elə bir aydır ki, Quran o zaman endirilmişdir. O, insanlara yol göstərir. Onda düzgün yolun açıq-aşkar sənədləri vardır, yaxşını pisdən ayırır. Sizdən kim bu aya çatsa, o ayı oruc tutaraq keçirsin. Kim də xəstə və yaxud da səfər üstə olsa, tuta bilmədiyi günlər qədər başqa günlərdə oruc tutsun. Allah sizin üçün asanlıq istəyir, çətinlik istəmir. Bu asanlıqları sayı tamamlamağınız və sizə göstərməsinin müqabilində ona təkbir gətirməyiniz üçün məşru etmişdir. Bəlkə, şükr edəsiniz.
Niyyət edib oruca başladıqdan sonra xəstələnənlər də oruclarını poza bilərlər.
Xəstələr yaxşılaşsalar, oruclarını qəza etməlidirlər. Əgər yaxşılaşmasalar, onların etməli olduqları bir şey yoxdur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: Bəqərə 184, Bəqərə 185, diabet, diabet və oruc, Ramazan ayının orucu, şəkər xəstəliyi, şəkər xəstəsi, xəstənin orucu