Müsəlmanlar
İnsulindən istifadə orucu batil edir?

İnsulindən istifadə orucu batil edir?

Sual: Bədənə insulin vurmaq orucu pozur?

Cavab: Şpritslə bədənə iynə vurmaq da dərman qəbul etmək deməkdir. Bu inyeksiyaya görə oruc pozulmur. Çünki o, yemək-içmək hesab olunmur.

Oral yolla qəbul edilən dava-dərman isə yemək-içmək hesab olunduğu üçün oruc pozulur. Çünki Allah insan oruc olduqda ona bir şey yemək və içməyin qadağan olduğunu bildirir .

Qidalanma məqsədilə bədənə qoşulan sistemdəki maddələr orucu pozur. Çünki onlar həzmdən keçirilmiş qida məhsulları kimi birbaşa damara vurulur və qidalandırıcı xassəyə malikdir. Ağız yolu ilə qidalana bilməyənlər damar yolundan qidalanırlar.

Suala cavab verdi: Professor Abdulaziz Bayındır ((İstanbul Universitetinin İlahiyyat fakültəsində islam hüququ kafedrasının müdiri.))

QEYD: Şəkər xəstələri və oruc ibadəti haqqında məlumat üçün aşağıdakı keçidi tıqqıldadın:

http://www.muselmanlar.com/fitvalar/1911.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.