Cavab: Qadının səsi səs olmağı baxımından haram deyil. Qurani-Kərimdə bu barədə açıq-aydın və qəti bir hökm yoxdur. Qadının yad kişilərlə danışdığı vaxt səsini nazikləşdirməyi, nazlana-nazlana, əzilib büzülərək, ədalı və işvəkar tonla danışmağı Əhzab surəsinin 32-ci ayəsində qadağan edilib. Bunun qadağan edilməsinin səbəbi isə səsin övrət olmağı deyil, bu cür danışmağın kişilərdə haram hislər yaratmağıdır.
Böyük hədis alimlərindən İbn Həcər və Ayninin bu barədə fikirləri belədir:
“Zinaya düşmək təhlükəsinin (fitnə) olmaması şərti ilə kölə olmasalar da, cavan qızların mahnılarına qulaq asmaq olar. Çünki peyğəmbər (s. a. v.) “cariyəteyn” hədisində bunu qadağan etməmiş, əksinə, həzrəti Əbu Bəkrin etiraz etməyinə mane olmuşdur”.1
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.
Etiketlər: məhrəm səs, naməhrəm səs, nazlana-nazlana danışmaq, qadın səsi, qadının səsi, radioda veriliş aparan qadın, televiziyada aparıcı qadın
| Sıra     | Sərlövhə | Tarix    | Oxunma     |
|---|---|---|---|
| 1 | İslam dinində musiqiyə necə baxılır? | 01.02.10 | 818 dəfə oxundu |
| 2 | Musiqi necə caiz ola bilər? | 01.02.10 | 721 dəfə oxundu |
| 3 | Musiqi alətlərinin müşayiəti ilə dini mahnı oxumaq olar? | 01.02.10 | 777 dəfə oxundu |
| 4 | Qadın səsi | 27.03.10 | 536 dəfə oxundu |