Qadınlar və Cümə namazı
Müsəlmanlar > Cümə namazı > Fitvalar > Tədqiqatlar Tarix: 26 mart 2010 Tövsiyə et Çap et

QADINLARIN CÜMƏ NAMAZINDA İŞTİRAKI

Gündəlik 5 vaxt namazdan fərqli olaraq mütləq surətdə camaatla (kollektiv formada) qılınmalı olan Cümə namazı Ulu Rəbbimizin kişi və qadınları bir-birindən ayırmadan Qurani-Kərimin Cümə surəsinin 9-cu ayəsi ilə əmr etdiyi bir namazdır. Allahın elçisi həzrəti Muhəmməd (s. a. v.) də ayrı-seçkilik qoymamış, beləcə, Cümə namazı kişilər kimi qadınlar üçün də diniləşdirilmişdir. Amma müvafiq üzrlü səbəblərə görə kişilərə olduğu kimi, qadınlara da Cümə namazında iştirak etməmək icazəsi verilib.

Cümə namazı qılmağın qadınların dini borcu olmadığına dair mötəbər bir hədis yoxdur. Misal üçün, 5474 hədis rəvayət edən Əbu Hüreyrə, 2630 hədis nəql edən Abdulla İbn Amr, 2286 hədis rəvayət edən Ənəs İbn Malikdə və həmişə peyğəmbərimizlə birgə olan və ondan 2210 hədis nəql edən anamız həzrəti Ayşədən və digər məşhur qadın əshabələrdən Cümə namazının qadınlara aidiyyətinin olmadığını bildirən bir həds varid olmayıb. Hənəfi məzhəbinin müctehidlərinin istidlal etdikləri: “Uşaq, əsir, kölə, qadın və xəstələrdən başqa Allaha və axirət gününə inanan hər insana Cümə günü Cümə namazı qılmaq vacibdir”, – hədisi də daxil olmaqla, bütün hədislər dəlil göstərilə bilməyəcək qəbildən olan zəif hədislərdir.

Bu məsələ ilə əlaqədar olan hədislərin arasında hədis metodologiyası baxımından ən güclü hədis Əbu Davudun Tariq İbn Şihabdan rəvayət etdiyi: “Cümə namazı əsir, qadın, uşaq və xəstədən başqa bütün aqil möminlərə fərzdir (vacib)”, – mənası verən hədisdir. Lakin Tariq İbn Şihab həzrəti peyğəmbəri görmüş, amma ondan hədis rəvayət etməmiş olduğu üçün bu hədis dəlil kimi götürülə bilməyəcək qəbildən olan zəif (mürsəl) bir hədisdir.1

Bu da bir həqiqətdir ki, qadınların Cümə namazında iştirak etməyini dini bir borc olmaqdan çıxardan şifahi bir Sünnə yoxdur; bununla yanaşı, onlar bu məsələdə, yəni, Cümə namazına gedib getməmək məsələsində öz üzrlü səbəblərinə əsasən seçim azadlığına malikdirlər. Belə də olmalı idi. Çünki namaz qılmağın mümkün olmadığı xüsusi hallar (aybaşı və sairə kimi hallar), əlavə olaraq hamiləlik və körpə uşağı olmaq kimi hallar onların Cümə namazı qılmağına mane olur və bu səbəblərə görə qadınlar üzrlü hesab edilirlər.

Aşağıdakı rəvayətlər qadınların həzrəti peyğəmbərlə birlikdə Cümə namazı qıldıqlarını sübuta yetirir:

A) Qadınlar həzrəti peyğəmbərlə birlikdə Cümə namazı qılırdılar. Sadəcə olaraq onlara xəbərdarlıq edilirdi ki, məstedici ətirlər vurub namaza gəlməsinlər.2

B) Allahın elçisi qadınlara da xitab edərək belə demişdir:

“Cümə namazına gələn kişilər və qadınlar yuyunsunlar (çimmək). Gələ bilməyən kişi və qadınların çimməyi lazım deyil”.3

C) Cümə surəsinin: “Bir ticarət (al-ver) və əyləncə gördükləri vaxt səni ayaq üstə qoyub ona tərəf axın etdilər”, – mənasını daşıyan 11-ci ayəsində işarə vurulan hadisədə həzrəti peyğəmbər minbərdə xütbə oxuduğu vaxt ticarət karvanının gəldiyini görən bəzi əshabələr Cümə namazını tərk ediblər. İbn Abbasın rəvayətinə əsasən arxada, yəni Cümə namazında 13 kişi və 7 qadın qalıb.4

Bu rəvayət göstərir ki, peyğəmbərin dövründə qadınlar Cümə namazı qılıblar.

D) Harisənin qızı Ümmü Hişam nəql edir:

“Mən Qaf surəsini Cümə namazlarında həzrəti peyğəmbərin dilindən öyrəndim. Çünki o hər Cümə günü minbərdə Qaf surəsini oxuyurdu”.5

Aşağıdakı hadisə isə xəlifələrin dövründə qadınların da Cümə namazı qıldıqlarını göstərir.

E) Müsəlmanların xəlifəsi həzrəti Ömər bir Cümə xütbəsində qadınlara çox mehir verildiyinə dair bir şikayətə əsasən mehirin məhudlaşdırılmasını (azaldılmasını) tələb edir. Bunun üstündən bir qadın ayağa qalxır və onun şiddətlə tənqid edir. Həmin qadın xəlifə Ömərə Nisa surəsinin 20-ci ayəsini oxuyur və onun ayədəki: “Yığın-yığın mehir versəniz də!”, – sözünə zidd hərəkət etdiyini və mehirin azaldılmasının mümkün olmadığını deyir.

Həmin ayəni eşidən Ömər: “İnsan Ömərdən çox bilir”, – deyərək istəyənin istədiyi kimi hərəkət edə biləcəyini bildirir.6

Camaatla birlikdə qılınması sünnəti-müəkkədə olan vaxt namazlarında müntəzəm surətdə iştirak etməyə çalışan qadın əshabələr şübhəsiz ki, camaatla qılınmağı fərz olan Cümə namazını da qılıblar.

Həzrəti peyğəmbər və əshabələrin dövründə qadınların gündəlik namazlardan və Cümə namazlarından bu və ya digər şəkildə uzaqlaşdırıldıqlarına dair heç bir rəvayət varid olmayıb.

Bütün fiqh məzhəblərimiz tərəfindən təsdiq olunur ki, Cümə namazı qılan qadınlar o günün günorta namazını qılmalı deyillər. Bu da güman edilənin əksinə olaraq, qadınların Cümə namazından azad olmadığını göstərir. Çünki əgər azad olsaydılar, qadınlar üçün Cümə namazı nafilə, gönorta namazı da vacib olardı. Nafilə olan Cümə namazını qılmaqla fərz olan günorta namazı yerinə yetirilmiş ola bilməzdi.

Verilən izaht və şərhlər fonunda qadınların Cümə namazı camaatlarında iştirakıyla əlaqədar olaraq Quran və Sünnənin ruhuna müvafiq formada deyiləcək söz budur: Cümə namazında iştirak etməkləri lazımdır. Əsas məsələ bu namazı qılmaqlarıdır. Amma səfərdə olmaq və xəstəlik kimi kişilərlə müştərək olan və iştiraka mane olan üzrlü səbəblərlə yanaşı, qadınların aybaşı halı kimi özlərinə məxsus dini, tibbi və uşaq və xəstə həyat yoldaşının himayəsi kimi adət-ənənədən irəli gələn üzrlü səbəblər onlar üçün ancaq və ancaq iştirak etməməklə əlaqədar bir icazə təşkil edə bilər.7

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

  1. Əbu Davud, Səlat, 215; Məcməuz-Zəvaid, 2/170, Bədaius-Sənai, 1/258; Nasbur-Rayə, 2/199. Mürsəl hədis zəifdir. Rədd olunur. []
  2. Əbu Şeybə, Musannəf, hədis nömrəsi 5157. []
  3. Beyhəqi, Cümə, 3/188. []
  4. Mövdudi, Təfhimul-Quran, Cümə, 9. []
  5. Müslim, Cümə, Qiraətul-Quran. []
  6. İbn Kəsir, Nisa surəsinin 6-cı ayəsinin təfsiri. []
  7. Ali Rıza Demircan, Hac ve Umre Yüceliğe Çağrıdır, Beyan Yayınları, İstanbul, 2008, s. 343-345. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Təravih namazı 21.06.09 1.050 dəfə oxundu
2 Etikaf 23.06.09 1.195 dəfə oxundu
3 Qədr gecəsi 26.06.09 1.634 dəfə oxundu
4 Aypara məsələsi 22.06.09 1.204 dəfə oxundu
5 Ramazan və dualarımız 25.06.09 1.212 dəfə oxundu
6 Ramazan və Quran 27.06.09 1.094 dəfə oxundu
7 Ramazan: imkanların ayı 24.06.09 918 dəfə oxundu
8 Oruc: ümumi məlumat 28.06.09 1.584 dəfə oxundu
9 Heyzli qadının orucuna dair şübhələr 14.05.09 913 dəfə oxundu
10 İftida: qadının boşanmaq hüququ 14.05.09 690 dəfə oxundu
11 Qadınların şahidliyi 14.05.09 702 dəfə oxundu
12 Hicab və örtünmək (təsəttür) 14.05.09 740 dəfə oxundu
13 Hicabı qadağan edənlər 14.05.09 802 dəfə oxundu
14 Nişanlıların kəbini 14.05.09 1.839 dəfə oxundu
15 Münafiqlərin korluğu 10.04.10 468 dəfə oxundu
16 Nikaha nəzarət 14.05.09 1.451 dəfə oxundu
17 Müsəlman olmayanlarla münasibətlər 01.07.09 771 dəfə oxundu
18 Həccdə ticarət və ictimai fəaliyyət 01.07.09 580 dəfə oxundu
19 İnsan peyğəmbər 06.07.09 731 dəfə oxundu
20 Təsbeh 06.07.09 879 dəfə oxundu
21 Peyğəmbər məscidində 40 vaxt namaz 03.04.11 643 dəfə oxundu
22 Ailənin adından bir qurban 26.02.10 344 dəfə oxundu
23 Donuz dərisi 02.11.09 663 dəfə oxundu
24 Heyzli qadının ibadəti 24.02.10 1.731 dəfə oxundu
25 Peyğəmbərin Həcc və Ömrə ziyarətləri 06.11.09 620 dəfə oxundu
26 Quran və müsəlmanlar 29.01.10 1.871 dəfə oxundu
27 Dəlillərlə Cümə namazı 12.02.10 338 dəfə oxundu
28 İnsan cəsədi və avtopsiya 05.02.10 772 dəfə oxundu
29 Qadınlar və Cümə namazı 26.03.10 1.069 dəfə oxundu
30 Valideyndən xəbərsiz kəbin 29.06.09 594 dəfə oxundu
31 Ölüdən kömək gözləmək 28.03.10 664 dəfə oxundu
32 Faiz 29.03.10 708 dəfə oxundu
33 Namazları cəm etmək 08.04.10 1.165 dəfə oxundu
34 Vərdişlər 10.04.10 536 dəfə oxundu
35 Allah, insan və xələf-sələf 12.04.10 510 dəfə oxundu
36 Nəsx və daşqalaq cəzası 27.05.10 665 dəfə oxundu
37 Qəndil 30.06.09 2.072 dəfə oxundu
38 Talaq: kişinin boşamaq hüququ 18.07.10 658 dəfə oxundu
39 Oruc və orucun başlanğıcı 27.08.10 763 dəfə oxundu
40 Ramazan bayramı (2010) 08.09.10 599 dəfə oxundu
41 Ramazan bayramının vaxtı 08.09.10 608 dəfə oxundu
42 Zikrin fəzilət və faydaları 26.11.10 718 dəfə oxundu
43 Dua 25.11.10 798 dəfə oxundu
44 Donuz əti və ziyanları 08.12.10 922 dəfə oxundu
45 Fitr sədəqəsi 20.06.09 1.032 dəfə oxundu
46 Qadının döyülməsi 07.06.10 1.041 dəfə oxundu
47 Şəfaət 08.04.10 530 dəfə oxundu
48 Qütblərdə namaz vaxtları: elmi sübut 31.01.11 1.143 dəfə oxundu
49 İslamda falçılığa münasibət 27.11.10 896 dəfə oxundu
50 Şəfaət inancı 08.02.11 563 dəfə oxundu
51 Kəramət nə deməkdir? 15.02.11 448 dəfə oxundu
52 Quranda adam öldürməyin cəzası: QİSAS 30.03.11 781 dəfə oxundu
53 Müsəlmanların qeyri-müsəlmanlarla münasibətləri 08.04.11 605 dəfə oxundu
54 Şirk və küfr 14.07.11 492 dəfə oxundu
55 Quranda əşyaların dili 04.07.11 1.463 dəfə oxundu
56 Seyyidlər kimlərdir? 16.10.11 581 dəfə oxundu
57 Kişinin seksuallığı 09.01.12 378 dəfə oxundu
58 Surroqat analıq 03.02.12 186 dəfə oxundu