Müsəlmanlar

Cümə namazı qadınlara fərzdir?

Sual: Cümə namazı qılmaq qadınlara vacibdir?

Cavab: Gündəlik 5 vaxt namazdan fərqli olaraq mütləq surətdə camaatla (kollektiv formada) qılınmalı olan Cümə namazı Ulu Rəbbimizin kişi və qadınları bir-birindən ayırmadan Qurani-Kərimin Cümə surəsinin 9-cu ayəsi ilə əmr etdiyi bir namazdır. Ayədə belə buyurulur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!” Diqqət edərsək ayədə: “Ey iman gətirənlər!” ifadəsi ilə həm kişi həm də qadın qəsd edilməkdədir.

Allahın elçisi həzrəti Muhəmməd (s. a. v.) də ayrı-seçkilik qoymamış, beləcə, Cümə namazı kişilərə olduğu kimi qadınlara da vacib bilmişdir. Amma müvafiq üzrlü səbəblərə görə kişilərə olduğu kimi, qadınlara da Cümə namazında iştirak etməmək icazəsi verilib.

Bu barədə aşağıdakı keçiddən ətraflı məlumat əldə edə bilərsiniz:

http://www.muselmanlar.com/arasdirmalar/1864.html