İnsan ağlına gələn və ürəyindən keçən pis şeylərə görə cavabdeh olacaq?
Müsəlmanlar > Fitvalar > Müxtəlif məsələlər Tarix: 03 mart 2010 Tövsiyə et Çap et
Sual: İnsan ürəyinə gələn pis şeylərə görə məsuliyyət daşıyır? Bu cür vəsvəsələrdən xilas olmaq mümkündür?

Cavab: Allah belə buyurur:

“Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Siz ürəyinizdə olanı aşkara çıxartsanız da, gizlətsəniz də, Allah sizi onunla haqq-hesaba çəkəcəkdir. Sonra istədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir!”. (Bəqərə, 2/284)

Muhəmməd peyğəmbər (s. a. v.) demişdir:

“Baxın, bədəndə bir ət parçası vardır; o yaxşı olarsa, bütün bədən yaxşı olar, o xarab olarsa, bütün bədən tar-mar olar. O parça ürəkdir”. (Müslim, Müsəqat, 107)

İnsanın daxilində – onun ürəyində olan şeylərlə düşündüyü şeylər eyni deyildir. İnsanın daxilində olan iman, kafirlik, sevgi, nifrət, kin, xoş niyyət və sairə kimi şeylər onun həyatına istiqamət verən şeylərdir. Düşündükləri isə ümumiyyətlə şeytan vəsvəsəsidir. Bəzən ürəyinizə elə şeylər gəlir ki, öz-özünüzə: “Əcəba, mən kafir oldum?”, – deyirsiniz. Əslində bu, düzgün yolda olduğunuzu göstərir. Çünki şeytan Allahdan Qiyamətə qədər möhlət aldığı zaman belə demişdi:

“And olsun ki, onlar üçün sənin doğru yolunun üstündə oturacağam.

Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm. Görəcəksən, onların çoxu əlində olanın qiymətini bilməyəcək (şükr etməyəcək)”. (Əraf, 7/16-17)

Şeytana icazə verildiyinə onun vəsvəsəsinə mane olmaq olmaz. Bundan peyğəmbərlər də yaxa qurtara bilməzlər. Allah Təala belə buyurur:

“Səndən əvvəl göndərdiyimiz elə bir rəsul (Allah elçisi) və elə bir nəbi (peyğəmbər) yoxdur ki, o, bir şey arzuladığı zaman şeytan onun arzusuna vəsvəsə qarışdırmış olmasın. Allah şeytanın qarışdırdığı vəsvəsəni yox edər, sonra öz ayələrini qüvvətləndirər. Allah biləndir, hikmət sahibidir”. (Həcc, 22/52)

Şeytanın vəsvəsəsindən yaxa qurtarmağa güc çatmadığına görə bunun bir məsuliyyəti yoxdur. Çünki Allah Təala belə deyir:

“Allah heç kimə gücünün çatdığından artıq yük yükləməz”. (Bəqərə, 2/286)

Mənbə: Abdulaziz Bayındır, Kur’an Işığında Doğru Bildiğimiz Yanlışlar, Süleymaniye Vakfı Yayınları, 2-ci nəşr, İstanbul, 2007, s. 106-108.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.

Facebook'ta PaylaşTwitter'da Paylaş
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 İnsan ağlına gələn və ürəyindən keçən pis şeylərə görə cavabdeh olacaq? 03.03.10 930 dəfə oxundu
2 İnsanlar sadəcə olaraq öz gücləri çatan şeyləri yerinə yetirməlidirlər? 04.08.09 315 dəfə oxundu
3 Mən boynuma üstündə xaç işarəsi olan medalyon taxa bilərəm? 04.08.09 359 dəfə oxundu
4 Müaviyə barədə qısa sual-cavab 04.08.09 659 dəfə oxundu
5 Uşaqları böyüklərin yanında öpüb oynatmaq böyüklərə qarşı hörmətsizlikdir? 07.08.09 372 dəfə oxundu
6 Xristian dünyasının dünya iqtisadiyyatına hansısa bir xidməti olub? 18.12.09 665 dəfə oxundu
7 İnsan nə isə yarada bilər? 28.12.09 655 dəfə oxundu
8 Donuz tükündən düzəldilən fırçaları işlətmək olar? 26.01.10 348 dəfə oxundu
9 Bizə kiminsə eyibləri deyildikdə nə cür rəftar etməliyik? 10.04.11 233 dəfə oxundu
10 Əlimdəki haram pulu ehtiyacı olan bir nəfərə verə bilərəm? 03.04.10 391 dəfə oxundu
11 Müvəffəq olmağın yolu nədən keçir? Dində bu barədə nə deyilir? 17.04.10 474 dəfə oxundu
12 Təvəkkül etmək 26.04.10 367 dəfə oxundu
13 Dənizdən tapılan şeyləri mənimsəmək halaldır? 02.05.10 300 dəfə oxundu
14 Sabi nə deməkdir? Quranda sabilik barədə məlumat var? 21.05.10 365 dəfə oxundu
15 Dində çatla məşğul olmağa necə baxılır? 25.05.10 433 dəfə oxundu
16 Şeytan həmişə oyaq və fəal olur? 04.06.10 363 dəfə oxundu
17 Vicdan nə deməkdir? 26.06.10 410 dəfə oxundu
18 Qan qardaşlığı və hökmü 01.12.10 303 dəfə oxundu
19 Müsəlmanın müsəlmanla zarafatı 01.12.10 303 dəfə oxundu
20 Övlad itirmək və ağlamaq 24.12.10 288 dəfə oxundu
21 Siz hansı məzhəbə qulluq edirsiniz? 09.02.11 440 dəfə oxundu
22 Qonşudan icazə almamış internetə qoşulmaq olar? 21.02.11 270 dəfə oxundu
23 Camaatı dindən soyutmamaq üçün bəzi şeyləri deməsəniz, olmaz? 24.02.11 230 dəfə oxundu
24 18 min aləm söhbəti düzdür? 17.03.11 496 dəfə oxundu
25 Məsciddə “Ya həzrəti Bilal Həbəşi” lövhəsi asmaq olar? 05.04.11 230 dəfə oxundu
26 Şumer kitabələri və dinlərə münasibət məsələsi 10.05.11 242 dəfə oxundu
27 Qütblərdə apardığınız müşahidələri başqaları özlərinə götürürlər? 19.05.11 222 dəfə oxundu
28 Cümə gecəsi 4-cü gündən 5-ci günə keçən gecədir? 05.07.11 330 dəfə oxundu
29 İnsan ürəyindən keçirdiyi hər şeyə görə cavabdehdir? 14.09.11 242 dəfə oxundu
30 Quran yüklənən mobil telefonu cibdə daşımaq günahdır? 24.01.12 140 dəfə oxundu
31 Allah yazısı olan medalyonla ayaqyoluna girmək olar? 24.01.12 142 dəfə oxundu
32 Səhabələrin haqqında “radıyəllahu anh” deməyin hökmü 26.01.12 108 dəfə oxundu
33 İslama əsasən surroqat analıq 03.02.12 72 dəfə oxundu
34 Dini məsələlərdə bir alimə tabe olmaq səhvdir? 09.02.12 36 dəfə oxundu