Peyğəmbərin risaləti və Quran cinlərə də şamil edilir?
Müsəlmanlar > Cinlər > Fitvalar Tarix: 01 Mart 2010 Tövsiyə et Çap et
Sual: Qurani-Kərimdə deyilir ki, bir dəstə cin Qurana qulaq asıb. Bu ayələrə əsasən insan və cin cinslərinin peyğəmbərliyi bir-birinə şamil edilirmi? Həzrəti Muhəmmədin peyğəmbərliyi, şəriəti və Qurani-Kərim cinlərə də şamil olunur? Bunlar cinlər üçün necə deyərlər, qanunverici şeylərdir?

Cavab: Rəsulun (elçi) yerinə yetirməli olduğu tapşırıq təbliğdir. Cin surəsinin ilk ayələrində bildirilir ki, peyğəmbər şəxsən onlara təbliğ etməyib amma onlar peyğəmbərə qulaq asıblar:

“De: «Mənə vəhy edildi ki, bir dəstə cin Qurana qulaq asdıqdan sonra belə dedilər»: “Həqiqətən də, biz doğru yola aparan heyrətamiz bir Quran dinlədik. Ona inandıq. Biz Rəbbimizə heç bir şeyi şərik qoşmayacağıq”.1

Əgər bu əhvalat Allah tərəfindən bildirilməsəydi, peyğəmbərin bundan xəbəri olmayacaqdı. Bu məsələdən bəhs edən digər ayə belədir:

“Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Onlar onu dinləməyə gəldikdə bir-birinə: “Susun, qulaq asaq!”– dedilər. Quran oxunub qurtardıqdan sonra isə xəbərdar etmək məqsədilə öz tayfalarının yanına qayıtdılar.

Onlar dedilər: “Ey qövmümüz! Biz, həqiqətən də, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik!

Ey qövmümüz! Allahın təbliğatçısını qəbul edin və ona iman gətirin ki, Allah günahlarınızı bağışlasın və sizi ağrılı-acılı əzabdan qurtarsın!”

Allahın təbliğatçısını qəbul etməyən kimsə yer üzündə Allahdan yaxa qurtara bilməz və Ondan başqa onun himayəçi dostları da olmaz. Onlar aşkar azğınlıq içindədirlər”.2

Cinlərə də rəsul göndərilib. Amma o rəsullar onların öz cinslərindən, yəni, cinlərdən olub. Eynilə insanlara insan peyğəmbər göndərildiyi kimi. Allah Təala belə buyurur:

“Allah deyəcək: “Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi xəbər verən və bu gününüzlə qarşılaşacağınız barədə sizə xəbərdarlıq edən elçilər gəlmədimi?”.

Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidlik edirik!” Onları dünya həyatı aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şəhadət verdilər”.3

Peyğəmbərimizin təbliğ vəzifəsi ilə yanaşı hikməti öyrətmək4 və nümunə olmaq5 kimi missiyaları da var. Bu vəzifə və tapşırıqları cinlərə qarşı yerinə yetirdiyinə dair hər hansı bir Quran ayəsi isə yoxdur.

Allahın kitabı Lövhi-Məhfuzda olandır.6 Bu kitabın hökmləri insanlar, cinlər və mələkləri əhatə edir (onlara da şamildir). Bir dəstə cinin Qurani-Kərimi peyğəmbərimizin ağzından dinləməyi onlara da Qurana inanmaq məsuliyyəti yükləyib.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.

  1. Cin, 72/1-2. []
  2. Əhqaf, 46/29-32. Əlixan Musayevin tərcüməsi. []
  3. Ənam, 6/130. Əlixan Musayevin tərcüməsi. []
  4. Bəqərə, 2/129; Ali-İmran, 2/164; Cümə, 62/2. []
  5. Əhzab, 33/21. []
  6. Zuxruf, 43/3-4; Buruc, 85/21-22. []
Facebook'ta PaylaşTwitter'da Paylaş
1.882 dəfə oxundu
Kateqoriyadakı digər yazılar:
Sıra     Sərlövhə Tarix    Oxunma    
1 Elm və dinin cinlərə münasibəti necədir? 29.06.09 2.492 dəfə oxundu
2 Vampir və xortdan var? 29.06.09 2.396 dəfə oxundu
3 Peyğəmbərin risaləti və Quran cinlərə də şamil edilir? 01.03.10 1.882 dəfə oxundu
4 Bəzi xəstəliklərə qarşı Quran oxunması nə dərəcədə düzgündür? 03.11.14 1.699 dəfə oxundu
5 Şeytan müxtəlif cildlərə girib insanlara görünə bilər? 10.11.12 2.132 dəfə oxundu
6 İblis elə güman edir ki, onu yoldan çıxardan Allahdır? 07.01.13 1.485 dəfə oxundu
7 “Şeytan” adını alan İblis vaxtilə mələk idi? 01.04.14 1.997 dəfə oxundu
8 Şeytan mələklərin qorumadığı insanların canına vicvicə salır? 25.10.13 1.508 dəfə oxundu
9 Quranda cin kəliməsindən yad insanlarmı qəsd edilir? 16.05.16 893 dəfə oxundu
10 Fələq surəsi 24.02.17 1.063 dəfə oxundu
11 Gözdəymə/nəzər varmı? 25.02.17 1.199 dəfə oxundu
12 Şeytan cindir, yoxsa mələk? 24.03.17 732 dəfə oxundu
13 Qurana əsasən cinlər əcnəbi insanlardırmı? 30.10.17 343 dəfə oxundu
14 Bütün narahatlıqların səbəbi cinlərdir? 29.06.09 2.282 dəfə oxundu
15 Cinlərin insan üzərində bir təsiri varmı? 05.03.18 473 dəfə oxundu
16 Cinvurma və dua 29.06.09 4.072 dəfə oxundu
17 Cinlər və pis yuxu görmək 29.06.09 19.552 dəfə oxundu