Müsəlmanlar
Bəlqisin taxtının Yəməndən Qüdsə gəririlməsi kəramət deyilmi?

Bəlqisin taxtının Yəməndən Qüdsə gəririlməsi kəramət deyilmi?

Sual: Təsəvvüf təlimində deyilir ki, şeyxlərdə zamanın yoxa çevrilməsi, böüyk sürətlə dada çatmaq kimi fövqəltəbii xüsusiyyətlər var. Buna misal kimi Səba kraliçasının taxtını göz açıb yumana qədər Yəməndən Qüdsə gətirən mübarək bəndəni göstərirlər. Görəsən, həmin hadisə fövqəltəbii bir hadisə, yəni, kəramətdir? Bunu necə izah etmək olar?

Cavab: Bu hadisənin hər hansı bir fövqəltəbiilik və kəramətlə heç bir əlaqəsi yoxdur. Hadisə tamamilə elmlə əlaqədardır. Bu məsələ ilə əlaqədar olaraq Kur’an Işığında Doğru Bildiğimiz Yanlışlar adlı kitabımızın “Kur’an’ı Açıklamada Usul” fəslində belə deyilir:

“Süleyman peyğəmbərin dövründə kitaba dair elmi olan bir şəxs Bəlqisin taxtını göz açıb yumana qədər Yəməndən Qüdsə gətirib.

Süleyman quşların dilini bilirdi. Onun quşlar, cinlər, insanlar və bunlardan ibarət ordulara hökm edən böyük bir krallığı var idi. Səba kraliçası Bəlqis ona qarşı tab gətirə bilməyəcəyini başa düşmüş, Qüdsə gəlmək və Süleymana təslim olmaq üçün yola çıxmışdı. Bəlqisin böyük və cah-cəlallı bir taxtı var idi. Bunu eşidən Süleyman əyanlarını bir yerə toplayıb dedi:

“Ey əyanlar! Onlar gəlib təslim olmamışdan əvvəl hansınız onun taxtını mənə gətirə bilər?”.

Cinlərdən bir ifrit dedi:

“Sən məqamından (yerindən) qalxmamış mən onu sənə gətirərəm. Mənə etibar edə bilərsən. Mənim buna həqiqətən də, gücüm çatar!”.

O kitabdan xəbəri olan başqa bir nəfər isə belə dedi:

“Mən onu sənə (gözünü açıb yumana qədər) bir göz qırpımında gətirərəm”.

Və gətirdi. Süleyman taxtı yanında qurulmuş görən kimi dedi:

“Bu, məni sınağa çəkmək üçün Rəbbimin bir lütfüdür: Görək şükr edəcəyəm, yoxsa nankor olacağam? Kim şükr etsə, xeyrini görər. Nankorluq edən etsin. Rəbbimin heç kəsə ehtiyacı yoxdur. Onun səxavəti boldur”. ((Nəml, 27/38-40.))

Bəlqisin taxtını Süleyman peyğəmbərə bir göz qırpımında gətirən şəxsin xəbərdar olduğu kitab Tövratdır. İsrail peyğəmbərlərindən olan Süleymanın məqamında “O kitab = Əl-Kitab” kimi bəhs edilən kitab başqa bir kitab ola bilməz.

“Kitabı bilən” deyil, “Kitabdan biliyi olan” ifadəsi olduqca vacibdir. Deməli, o şəxsin kitabın hamısını bilməyi lazım olmamış, öz ixtisas sahəsi ilə əlaqədar ayələri bilməyi kifayət etmişdir. Bu, uzaqdakı əşyanı gətirmək biliyidir (bacarıq). İndiki dövrdə əşyaların şüalandırılması (teleportasiya, irradiasiya) ilə əlaqədar tədqiqatlar aparılır amma uzaqda olan bir əşyanı gətirmək barədə heç xəyal da qurulmur.

Qurani-Kərimi sadəcə olaraq din kitabı hesab edənlər yuxarıdakı ayəni başa düşə bilməzlər. Buna görə də təfsir alimləri bu məsələdə çətinlik çəkiblər. Bəziləri bu hadisəni kəramət, bəziləri də Süleyman peyğəmbərin möcüzəsi hesab etmiş və ziddiyyətə düşmüşlər.

Möcüzə bir peyğəmbərin peyğəmbərliyinə dair sənəd, kəramət isə Allahın bir bəndəsinə lütfüdür. Heç kim Allahın adından söz verə bilməz. Buna görə də kəramət məsələsində də, möcüzə məsələsində də iddiadan söhbət gedə bilməz. Allah Təala belə buyurur:

“Heç bir elçi Allahın icazəsi olmadan bir möcüzə gətirmək (göstərmək) səlahiyyətinə malik deyil”. ((Rəd, 13/38.))

Taxtın gətirilməsi məsələsində bir iddia var. Kitabdan bir biliyə malik olan şəxs Süleymana: “Mən onu sənə gözünü açıb yumana qədər gətirərəm”, – deyib. Başqa sözlə, bu hadisə nə möcüzəir, nə də kəramət. Ayədə deyildiyi kimi, Allahın kitabından əldə olunmuş bir elmdir. Bu elm Quranda da olmalıdır. Quranın göstərdiyi metoda əsasən hərəkət edilsə, o biliyi tapıb çıxartmaq mümkün olar”. ((Abdulaziz Bayındır, Kur’an Işığında Doğru Bildiğimiz Yanlışlar, Süleymaniye Vakfı Yayınları, 2. Bs., İstanbul, 2007, s: 297-299.))

Materiallardan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.