Qurani-Kəriminin zahirinə əsasən və təfsir alimlərinin böyük əksəriyyətinin fikrincə Azər həzrəti İbrahimin atası olub. Bəziləri isə əmi və baba haqqında da ata ifadəsinin işlədildiyini və həzrəti Muhəmməd peyğəmbərin nəslində heç bir kafir olmadığını irəli sürərək Azərin həzrəti İbrahimin əmisi olduğunu deyiblər. Şiələrin bu barədə fikri belədir. Lakin Elmalılı Muhammed Hamdi Yazırın da tutarlılıqla bildirdiyi kimi, bu iddialar Quranın zahirinə qarşı zorakı izah və lazımsız təəssübkeşlikdən ibarətdir.1
Etiketlər: Azər İbrahim peyğəmbərin atasıdır?, Azər kimdir?, İbrahim peyğəmbər, İbrahim peyğəmbərin atası, İbrahim peyğəmbərin atası kim olub?, peyğəmbərimizin nəsli