Müsəlmanlar

Problemini Qurana görə həll etmək istəməyən insan kafir olarmı?

Cavab: Yer üzündəki insanların, cəmiyyətlərin əksəriyyəti, istər öz ictimai-siyasi, istər iqtisadi-ticari, istər ailəvi-əxlaqi problemlərini Allahın kitabında axtarmırlar. Problemlərini bu Kitabın həll edəcəyinə də inanmırlar. Elə bu səbəbdən tarix boyunca haqsızlıq, zülm və müharibələrin ardı arxası kəsilmir.

Əgər bir insan, həllediləcək problemini Quranda axtarmır və oradan həll olmasını istəmirsə, o insan əlbəttə kafir olur. Bunu Uca Allah deyir:

“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.

Aralarındakı mübahisəni, problemi Allahın kitabı ilə həll olunmasını istəməyənlər, növbəti ayədə belə azarlanmaqdadır:

“Sənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar tağutun[1] qarşısında mühakimə olunmaq istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir.”

Onlara: “Allahın nazil etdiyinə (Qurana) və Elçisinin gətirdiyinə tərəf gəlin!” – deyildiyi zaman, münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən.” (Nisa 59-61).

Bu sözlər eyniylə günümüzdəki məzhəb təqlidçilərinə də şamildir və onlar da eyni şəkildə qarşılıq verdiklərinə şahid oluruq. Əsrlərdir olduğu kimi, bu məzhəblər belə davam edərlərsə, aralarındakı ixtilaf öz həllini tapmayacaq və tərəqqi etməyəcəklər.”(Nisa 59-61)

Bu barədə ətraflı məlumat əldə etmək üçün aşağıdakı linki tuşlayın:

https://www.muselmanlar.com/genel/11457.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Tağut, azğınlıqda həddi aşan, Allahın yolundan, kitabından uzaqlaşdıran insanlar və cinlərdir.