Müsəlmanlar

İçki içənlərlə eyni süfrədə oturmaq olarmı?

Sual: Qohumlarımın və tanışlarımın bir çoxu içki içir. İstəmədiyim hallarda onlarla eyni çevrədə, eyni süfrədə oluram. Bu kimi hallarda biz necə davranmalıyıq?

Cavab: Uca Allah, içki barədə Qurani Kərimdə belə buyurmaqdadır:

“Ey inanıb güvənənlər! İçki, qumar, sitayiş etmək üçün dik qoyulmuş daşlar, fal və bəxt oxları murdar bir şeytan əməlidir. Bunlardan uzaq durun ki, bəlkə, nicat tapasınız”. (Maidə, 5/90)

Diqqət edərsəniz, burada içki içməyin ya da qumar oynamayın demir, hətta bunlara yaxınlaşmayın, uzaq durun! deyir. Yəni, tək içmək deyil, bu kimi şeylərə səbəbiyyət verəcək şeylərdən və səbəb olanlardan da uzaq durun deyir. Eyniylə zina ayəsində zina etməyin deyil, “zinadan uzaq durun!” dediyi kimi.

İçki məsələsində də bir hədisdə deyildiyi kimi; “Sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə (süzən, paylayan), satana, pulunu yeyənə, satın alana və satın aldırana Allah lənət etsin!”

Görüldüyü kimi, lənətə məruz qalan bu 10 nəfər içində hər nə qədər də içki süfrəsində onlarla birlikdə oturan qəsd edilməsə də ayədə uzaq durun deyildiyi üçün onlarla eyni süfrədə oturmamağımız lazımdır.

Ölkəmizdə içki düşkünü çox olduğu üçün və qohum, tanış öz xeyir işlərinə bu haramı qarışdırdıqları üçün bizim onlardan uzaq durmağımız çox çətinləşir. Quranda eyni zamanda qohumluq əqrabalıq bağını qoparmamaqdan da bəhs edər. Günah işlədikləri üçün onlarla  bağı qoparmaq, dəvətini saymamaq həm xoş deyil, həm də çıxış yolu deyildir. Bu səbəblə biz, ilk əvvəl bu kimi haramlara yol verməməkləri üçün onlara tövsiyə edə bilərik. Çox yaxın insanlar sizi bu kimi məclislərə dəvət etdiyi zaman ən azından içki içənlərlə eyni süfrədə olmamaq şərtiylə (məcburiyyətdən içki verilən stolovalara, restorantlara, dükkənlərə getdiyimiz kimi) otura bilərik. Hətta daha əvvəlcədən gəlib onların nə kimi ehtiyacları olduğunu, çətinlikliklərinə köməklik göstərməyə çalışmalı və ortalıq içki ilə sərsəmlənmədən də oranı tərk etməyimiz daha yaxşı olar. Bu davranışımız, həm yaxınlarımız üçün bir alicənablıq həm də gözəl bir nümunə olar.

Bu barədə Qurani Kərimdə bildirilən bu sözlərə diqqət yetirin:

“O, bu kitabda sizə bunu bildirmişdir: “Allahın ayələrinin inkar olunduğunu və lağa qoyulduğunu eşitdiyiniz vaxt onlarla oturmayın. Başqa bir mövzuya keçilənə qədər bu cür hərəkət edin. Yoxsa siz də onlar kimi olarsınız”. Allah bütün münafiq və kafirləri Cəhənnəmdə bir yerə yığacaqdır”. (Nisə, 4/140)

“Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan sənə unutdursa, xatırladıqdan sonra həmin zalım camaatla birgə oturma.

Müttəqilər (Allahdan qorxub çəkinənlər) onların törətdiklərinə görə azca da olsa məsuliyyət daşımırlar. Lakin xatırlatmaq lazımdır ki, bəlkə, (Allahdan) çəkinərlər”. (Ənam, 6/68-69)

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/1553.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.