Sual: Ölmüş insanların yasını keçirmək, qırxını ilini keçirmək, saqqal saxlamaqla əlaqəli nə deyə bilərsiz? Belə şeylərin dinimizdə yeri nədir?
Cavab: Ölən biri yaxınları üçün böyük bir acı buraxır və bu acının keçməsi müəyyən zaman tələb edir. Bəziləri bir neçə dəqiqə bəziləri bir neçə gün bəziləri üzərində isə ömür böyü öz təsirini buraxır. Bu səbəblə yasları müəyyən bir günə məxsus etmək həm mümkün deyil, həm də doğru deyil. Əlbəttə ki bu acının ən ağır günləri ilk günləri olur ki; bunlar 1-3 günləridir ki, bu günlərin yas günləri adlanması normaldır.
Qurani Kərim, əri ölən qadına isə bir gözləmə müddəti vermişdir. Bu müddət, belə ifadə edilir:
“Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər. Onların gözləmə müddəti bitərkən (şəriətə) müvafiq qayda üzrə özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xəbərdardır.” (Bəqərə 234)
Qalan yas müddətləri və adətləri haqda gördüyünüz və eşitdiklərinizin böyük əksəriyyəti, Yəhudi, Məcusi və Şaman din xadimlərindən bizim mollalara keçən və dində olmayan adətlərdir.
Məsələn Yəhudilərdə: Matəm yedi gün, tıraş olması, yıxanması, çalışması, salam alıb verməsi və təzə yuyulmuş paltar geyməsi qadağandır.[1] Bir il yas müddətləri vardır.
Cahiliyyə Ərəblərində də bu belə idi. Ağıt, mərsiyə deyən qadınl (naiha) kiralayardılar. Günümüzdə də insanların dini cəhalətlərindən və duyğularından istifadə edənlər, öz ölülərinə ağlamaları üçün mərsiyəçi, Məddah, dil deyən insanları çağırırlar.
Peygəmbər əleyhissəlam, hədislərinin birində, “Yanaxlarını döyən, Saçını başını yolan, yaxalarını yırtan və Cahiliyyə adətini sürdürənlər bizdən deyildir.” buyurmuşdur. Câhiliye âdetini sürdürenler bizden değildir”[2] buyurmuştur.
Məcusilərdə də; 40, 52 ölü adına bir şey paylamaqları, vəhşət namazı qılmaları və din xadimləri olan Mubinlərin yas qarşılığında pul almaları, günümüz mollalarının da bunu bir miras kimi mənimsəmələrinin dinimizlə bir əlaqəsi yoxdur.
Türklərin qədim dini olan Şamanlar da özlərinin dini mətnlərini ölülərinə oxuyar və bundan hasil olan savabı öz yaxınlarına göndərərdi.
Xülasə olaraq; bütün bunların Allahın dinində, kitabında və peyğəmbər əleyhissəlamın sünnəsində heç bir yeri yoxdur.
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:
https://www.muselmanlar.com/elanlar-xeberler/12222.html
https://www.muselmanlar.com/fitvalar/6595.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Bax: Tövrat, Tekvin, 50/10.
[2] Buxari, Cənaiz.