Müsəlmanlar

İçki içmək və donuz əti yemək bizdən əvvəlki ümmətlərə də haram olub?

Cavab: Adəm əleyhissəlamdan bu yana dinimizin qaynağı eyni olduğu kimi, bu dində yəni, İslamda qoyulan qayda qanunlar da eyni olub.[1] Bizə hansı qadağalar qoyulub və hansı ibadətlər əmr edilibsə, bizdən əvvəlki ümmətlərə də eyni qadağalar qoyulub və eyni ibadətlər əmr edilib. Rəbbimiz bu haqda belə bildirir:

“Allah Nuha nə əmr edibsə onu, sizin üçün bu dinin şəriəti/qanunu etmişdir. Sənə vəhy etdiyimiz, İbrahimə, Musaya və İsaya əmr etdiyimiz budur: “Bu dini ayaqda tutun və dində ayrılığa düşməyin! Müşriklərə etdiyin dəvət onlara ağır gəldi. Allah uyğun gördüyünü özünə  (elçi) seçər, Özünə yönələni bu dinə qəbul edər” (Şura 42/13).

Bunu da əlavə edək ki, sadəcə yəhudilərə dində həddi aşdıqları üçün Allah onlara cəza olaraq müvəqqəti bəzi əlavə qadağalar qoymuş və bu qadağaların da bir qismi (Şənbə günü qadağası kimi) İsa əleyhissəlama nazil olan vəhylə bir qismi də son peyğəmbərimiz Muhəmməd əleyhissəlama nazil olan Quranla (Qiblə[2] və birçox haram yeyəcəklər[3]) ortadan qaldırılmışdır.

İçki içmək və donuz əti yemək də eyni ilə bizə haram olduğu kimi bizdən əvvəlki ümmətlərə də haram idi. Məsələn, Tövratda donuz ətinin haram olduğu açıq şəkildə görə bilərsiz:

Donuzun dırnağı yarıq və cüt dırnaqlıdır, lakin gövşək gətirməz. Sizin üçün kirli/haram sayılır[4]”.

İçki içməyin haram olduğu da bu cür təmsil ilə vurgulanır:

“Baxma ki o şərab necə işıldayır, qədəhdə necə parıldayır, necə də orda sakit görünür; sonrasına bax ki, o necə zəhərli bir ilan kimi dişləyir və acı verir: Gözlərin başqalarının arvadlarında, ürəyin isə hər cür pisliyə sövq etməkdədir[5]”.

Ancaq daha sonra İsaya nazil olan İncili təhrif edən və Xristianlıq adında yeni bir din icad edən Pavlus, İncilə əlavə etdiyi bölümlərdə donuz əti də daxil olmaqla hər şey caiz (icazəli) olduğunu qeyd edib[6].

Qısacası; Bizdən əvvəlki ümmətlərə nazil olan kitabların təhrif olunmayan bölümlərində və Quranda da içki içməyin və donuz əti yeməyin bizdən əvvəlki ümmətlərə də haram olduğunu açıq şəkildə görə bilərik.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/6567.html

https://www.muselmanlar.com/elanlar-xeberler/12896.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Ali-İmran 3/19; Şura 42/13.

[2] Bax: Bəqərə 2/144.

[3] Bax: Ənam 6/145-146.

[4] Bax: Qədim Əhd, “Levililər”, 11/7; Təsniyə, 14/8.

[5] Bax: Qədim Əhd, “Süleymanın Məsəlləri”, 23: 30-33.

[6] Bax: Yeni Əhd, Korinflilər, 10:23-26; Timofey, 4:4-5.