Müsəlmanlar

Bərzax aləmi deyə bir aləm varmı?

Sual: Bərzax aləmi və ya bərzax həyatı deyə bir həyat varmı? Möminun surəsi 100-cü ayəsində keçən bərzax ilə qəsd edilən nədir?

Cavab: Sualınızda qeyd etdiyiniz Möminun sürəsinin 100-cü ayəsini, bir əvvəlki ayəsi ilə birlikdə oxuyaq:

“Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. “Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır.” (Möminun, 23/99-100)

Ayədə qəsd edilənlər, kafirlərdir. Onlara ölüm gəldiyi zaman, dünyada tanımaq istəmədiyi Rəbbinə: “Ey Rəbbim!” deyə, müraciət edir və: “Məni geri qaytar. “Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”- deyir. Kafirlərin bu dediklərindən də başa düşürük ki onlar, özlərinin pis əməl sahibi olduqlarını və yaxşı işlər görmədiklərini çox yaxşı bilirlər. Bildikləri halda Allahın qoyduğu qaydalara rəayət eləmirlər.

Əslində Rəbbimiz onları dünyaya təkrar geri qaytarsa belə bu sözlərinin üstündə durmayacaqlarını yaxşı bildiyi üçün: “Dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır.” deyir.

Bərzax sözü, əngəl, maneə mənasına gəlir. Yəni, artıq bədəni ölmüş və bu əsnada Rəbbiylə danışan ruhudur. Bu ruh, bir daha nə  ölmüş bədəninə nə də dünyaya geri qaytarılmadığı üçün Rəbbimiz; “onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır.” deyir. Sonra bu ruh, Allahın əmriylə yenidən dirliş gününə qədər layiq olduğu yerə göndərilir.[1]

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/7733.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Kafirlərin ruhlarının səmanın ilk qatından keçə bilməyəcəyi barədə bax: Əraf, 7/40.