Müsəlmanlar

Ölkəmizdə keçiriləcək Ramazan və Ramazan bayramı.

Rusiya və İranın mənfəətlərinə xidmət edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətləri məhdudlaşdırıldıqdan sonra, Ramazanı Türkiyə ilə eyni gündə keçirilməyə başlandı. Belə bir qərar, doğru bir qərardır.
Ona görə doğru bir qərardır ki, Türkiyə Diyanət İşləri bu məsələdə Allahın kitabına əsaslanır (yəni hesabla hərəkət edir). Bütün İslam ölkələri dünyada olan bu tək hesabla hərəkət etsələr, bayram günləri məsələsi birdəfəlik bitərdi və hər zaman bir araya gələ bilməyən məzlum müsəlmanlar, heç olmasa bu gözəl günlərdə birlikdə şənlənərdilər.
Lakin, Əziz Müsəlmanlar bunu yaxşı bilməliyik ki, bir çox dini məsələlərdə Türkiyə daxil, bütün İslam ölkələri, din xadimləri Allahın kitabını əsas almırlar və onlar arasındakı əsas problem də bundan qaynaqlanır. Bu səbəblə dini nə siyasətə, nə din xadimlərinə alət etmədən, sadəcə Allahın kitabına əsaslandırmalıyıq. Əgər belə edərsək inanın ki, hər günümüz bayram olar.
Sabahkı Ramazanla birlikdə hər gününüz bayram olsun!

Ramazan orucu və bayramı barədə olan ixtilafların mənbəyi barədə məlumat üçün aşağıdakı linkə baxa bilərsiz:

Oruc və Bayram günü məsələsində niyə problem yaranır?