Müsəlmanlar

Oruca necə niyyət etməli və hansı duanı oxumalıyıq?

Oruca necə niyyət etməli və hansı duanı oxumalıyıq?

Cavab: Oruca istər gecədən, istər səhər sahura qalxanda niyyət edə bilərsiz. Əgər unudarsanız, narahat olmayın, xatırladığınız vaxt dilə gətirərsiz. Niyyətin hər hansı bir qaydası da yoxdur. Ürəyinizdən necə keçir o şəkildə dilə gətirə bilərsiz. Hər gün gecə və sahura qalxıb niyyətinizi təkrarlamaq şərti də yoxdur. Bütün Ramazan ayı üçün bir dəfəlik niyyət edə bilərsiz. Belə ki; “Ya Rəbb! niyyət edirəm Ramazan ayının tamamını oruclu keçirməyə. Sən oruçlarımı qəbul et!” dedikdən sonra artıq bütün Ramazana niyyət etmiş sayılırsız.

Duanın da hər hansı bir qaydası yoxdur. Yəni oruc tutmaq üçün xüsusi oruc duası yoxdur. İstədiyiniz şəkildə dua edin. İstər ərəbcə istər öz dilinizdə, fərqi yoxdur. Əsas olan; başa düşərək, səmimi şəkildə etdiyiniz duadır.

Allah, oruçlarınız qəbul etsin!

Oxşar sual-cavab üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/elanlar-xeberler/7064.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.