Müsəlmanlar
Məhrəm və naməhrəm məsələləri

Məhrəm və naməhrəm məsələləri

Sual: Mənim sualım məhrəm və naməhrəm məsələsi ilə əlaqədardır. Məsələn, qardaş-bacı kimi eyni evdə yaşayan, məsələn, əmi uşaqları barədə. Bunların bir-birinə kəbin düşdüyünü bildiyimiz halda, onların (qızlar oğlan əmi uşaqlarının) yanında rahat hərəkət etməyi, misal üçün, baş örtüyü taxmamağı adi hal kimi qəbul edirlər. İslam dinində “qardaş-bacı kimi böyümək” deyilən bir şey varmı? Buna dair bir ayə yaxud hədis mövcuddur?

Cavab: Mömin qadınların öz başlarını kimin yanında aça biləcəkləri məsələsi ayədə izah olunub. Allah Təala belə buyurur:

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar” (Nur, 24/31).

Dinimizdə, yəni, İslam dinində “qardaş-bacı kimi böyümək” təbiri yoxdur. Bu, insanların uydurduqları bir məfhumdur. Allah Təala Qurani-Kərimdə bütün möminlərin qardaş olduğunu bildirdiyi halda, yuxarıdakı hökmləri qoyub. Peyğəmbərimiz (ə. s.) əmisi oğlu Əlini (r. a.) öz evində böyütmüş, amma sonra onu qızı Fatimə ilə evləndirmişdir. Aralarında evlənmək qadağası olmayan əmi uşaqları arasında qardaş-bacı kimi böyümək deyilən bir şey olmaz. Bu kimi məsələlərdə diqqətli olmaq lazımdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.