Müsəlmanlar
İslam dininin zorakı millətçilik anlayışına baxışı

İslam dininin zorakı millətçilik anlayışına baxışı

Sual: "Necə də xoşbəxtdir Türkəm deyən! (Ne mutlu Türküm diyene)", "Bir Türk dünyaya bərabərdir" şüarları ilə ifadə edilən və necə deyərlər, tədavüldə olan zorakı millətçilik anlayışını İslam dini baxımından necə qiymətləndirmək olar? Məsələyə bu cür yanaşdıqda indiki anlayışın etnik mənşəyə əsaslanan ayrı-seçkiliyi təhrik etməsi fikri ilə razılaşırsınız?

Cavab: Bir insanın “Mən Türkəm”, “Kürdəm”, “Çərkəzəm”, “Lazam”, “Filnkəsəm” və sairə kimi oxşar şeylər deməsi onun nə qarnını doyurar, nə millətlər arasında gedən yarışda nəsə bir məsafə qət etməsinə kömək edər, nə bu dünyasını, nə də o biri dünyasını xilas edər! “Mən kişiyəm” və ya “Mən qadınam” demək bir kişi, yaxud da qadına bir şey qazandırmadığı kimi, “Mən Türkəm” demək də insana nəsə verməz.

“Bir Türk dünyaya bərabərdir” sözü insana balaca uşaqların dedikləri “Mənim atam sənin atanı döyər” sözünü xatırladır. Uşaqların bu cür danışmağı təbiidir. Çünki onların dünyası öz kiçik ailələri ilə məhdudlaşır. Ailənin ən güclü üzvü isə öz növbəsində ata hesab olunur. Lakin belə bir sözün böyüklər tərəfindən dilə gətirilməsi qəribə bir şeydir.

Bu cür sözlərin digər irqlərdən olan insanlara qarşı deyilməsi onlarda irqi ayrı-seçkilik meyllərinin üzə çıxması və öz irqləri barədə də oxşar sözlərlə cavab verməsinə səbəb olur. Belə şeylər isə heç kəsin işinə yaramayan münaqişə və narazılıqlar doğurur. Belə çıxır ki, bu anlayış etnik mənşəyə əsaslanan ayrı-seçkilik və separatizmi təhrik edir.

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.