Müsəlmanlar

İlah kəlməsinin mənası nədir?

Sual: İlah kəliməsinin mənası nədir?

Cavab: İlah kəlməsi, ilk növbədə “ibadət edilən varlıq” mənasına gəlir.[1] İbadət isə sorğu-sualsız boyun əyilən və itaət edilən varlığa qarşı edilir ki, yer üzündə buna layiq tək varlıq və tək ilah, Uca Allahdır.

Biz, “Lə ilahə İlləllah” yəni, “Allahdan başqa heç bir ilah yoxdur”- deyəndə, Allahdan başqa qeydsiz-şərtsiz itaət ediləcək, əmrlərinə rəayət ediləcək heç bir varlığı qəbul etməməyi və ortaya birilərini (ilahi məqama) qoyub istəməməyi nəzərdə tuturuq. Amma təəssüf ki, insanların əksəriyyəti, buna müsəlmanlar da daxil, şifahi dilə gətirdikləri bu kəlimənin mənasını bilmədikləri kimi onu bir müvahhid kimi həyatlarına da yansıtmırlar.

Bu barədə ətraflı məlumatı aşağıdakı qısa video dərsdən izləyə bilərsiz:

https://www.youtube.com/watch?v=sfZp4yyhpOQ&list=UUnPozZXKIte4IFQ7kcSIeXw&index=15

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Lisanul-Ərəb, “elh” md.