Müsəlmanlar

Meyyiti yuyandan sonra qüsl almaq lazımdırmı?

Sual: Bəzi mollalar, meyyit yuyan bir adamın ya da ona toxunan adamın murdarlandığını və bu səbəblə qüsl alması lazım olduğunu deyirlər. Bu deyilənlər düzdür?

Cavab: Belə deyənlər, dinimizə özlərindən əlavə qatanlardır. Bunu etməklə öz düşüncələrinə görə güya; dində titizliyə rəayətin, təmizliyin və ya təqvanın əhəmiyyətini aşılamağa çalışırlar. Lakin, belə etməklə dində özlərindən nə qədər əlavələr, çətinliklər törətdiklərini idrak etmirlər.

Dinimizin əsaslarını bildirən tək mənbəyimiz Allahın kitabıdır və bunu həyatına tətbiq edən Allahın elçisidir ki, biz də onu nümunə alırıq. Bu səbəblə biz, Allahın kitabında olan və bu kitaba tərs görülməyən peyğəmbər tətbiqatlarını/sünnəsini mənimsəyib, həyatımıza bir müsəlman olaraq əks etdirməliyik. Amma, bu mənbədə olmayan və peyğəmbər adından ona tərs olan şeyləri götürmək, dinə əlavə qatmaq və bidat işləməkdir. O cümlədən sizə bildirilən; “meyyitə toxunan birinin qüsl alması lazımdır” sözü, dinimizə qatılan bir əlavədir. Çünki, dinimizin mənbəyində qüslün hansı hallarda alınacağı açıq-aşkar bildirilmişdir.[1]

Belə bir düşüncə, yəhudi din xadimlərinin və məcusi mollalarının təsiriylə bizim dinimizin mollalarına keçmişdir. Məsələn, Yəhudilər, ölmüş hər hansı bir şeyə toxunan birinin pis sayıldığı və yuyunması lazım olduğuna inanırlar. (Bax, Əhdi Ətiq “Levililər”, 15/16.).  Məcusilərin kitabı Avestada belə yazılır: “Ölmüş şəxsə toxunan, it, toyuq və milçək öldürən hər kəs pis sayılmaqda və günah işlədiyi qəbul edilməkdədir.” (Avesta, “Vendidat b.18”)

Qüslün hansı hallarda alınması barədə məlumatı aşağıdaki linkdən əldə edə bilərsiz:

http://www.muselmanlar.com/fitvalar/7693.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Bax: Maidə, 6; Nisə, 43.