Müsəlmanlar

İsa əleyhissəlamın axirətdə nə deyəcəyi əvvəlcədən məlum idi?

Sual: Maidə surəsi 116 və 117-ci ayələrdə Allah Təala, İsa əleyhissəlamın axirətdə deyəcəklərini bizə çatdırır. Allah, bu səhnəni daha əvvəlcədən müəyyən edib?

Cavab: Axirət, bir imtahan yeri deyildir. Axirətdə verilən suallar bizə də bildirilir. Elədiyiniz hər işin qarşılığını görəcəksiz, hesaba çəkiləcəksiz deyə, bizə xəbərdarlıq edilmirmi? Bütün elçilərə, peyğəmbərimiz qəsd edilərək, “sənə də soruşulacaq” deyilir.

İsa əleyhissəlamı da ilah yerinə qoyduqları üçün ona var olan bir şey haqqında soruşulur. Əlbəttə ki, buna veriləcək cavab da başqa cür olmayacaqdır:

“Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən.” (Maidə, 5/117)

Buna oxşar suallar, xüsusilə hər hansı bir insana ilahi xüsusiyyətlər verdiyimiz təqdirdə bizə də soruşulacaqdır. Belə ki, İslam ümmətinin çoxunun elədiklərinin Xristianlardan bir elə də fərqi olmadığı üçün, onlardan da müqəddəsləşdirdiyi şəxslər barədə soruşulacağından şübhə etmirik.

Bənzər sual-cavaba aşağıdakı linkdən baxa bilərsiz:

http://www.muselmanlar.com/fitvalar/7526.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.