Müsəlmanlar
Mən boynuma üstündə xaç işarəsi olan medalyon taxa bilərəm?

Mən boynuma üstündə xaç işarəsi olan medalyon taxa bilərəm?

Sual: Mən boynuma üzərində xaç işarəsi olan medalyon, zəncir və sairə kimi bir şey taxa bilərəm? Bu məsələ dinimiz baxımından necə qiymətləndirilir?

Cavab: Xeyr, xaç işarəsi taxıla bilməz. Çünki xaç işarəsi bir dinin – Xristianlığın simvoludur. Müsəlman bir insan hansı məqsədlə olursa olsun, başqa bir dini təmsil edən simvolları boynuna taxa bilməz.

Peyğəmbərimiz Muhəmmədin (s. a. v.) dövründə Ədiyy ibn Xətm adlı bir şəxs boynuna taxılı qızıl bir xaçla peyğəmbərin yanına daxil oldu. Peyğəmbər ona: “Ədiyy! At o bütü”, – dedi (Tirmizi, Təfsirul-quran, 10).

Buna əlavə olaraq peyğəmbərimizin bu hədislərini də unutmamaq lazımdır:

“Kim bir qövmə oxşasa, artıq o da onlardandır” (Əbu Davud, Libas, 4).

“Bizdən başqasına bənzəyən bizdən deyil” (Tirmizi, İstizan, 7).