Müsəlmanlar
Dövlətin iqtisad üçün Avropa şirkətlərindən məsləhətçi alması doğrudurmu?

Dövlətin iqtisad üçün Avropa şirkətlərindən məsləhətçi alması doğrudurmu?

Sual: Hökümətin iqtisadiyyatı gücləndirmək və gələcək hədəflərinə qovuşmaq adına hər hansı Amerika ya da avropa şirkətləri ilə müqaviləyə girməsini necə yorumluyursuz?

Cavab: Bir kərə dövlətin iqtisadiyyata müdaxilə etməsi səhv bir addımdır. İqtisadiyyat, azad şəkildə olmalıdır. Qiymətlərə müdaxilə etməklə ucuzluq olmaz. Ucuzluq sərbəst bazarda olur. Pul dövriyyəsinə əsla müdaxilə edilməməlidir. Təəssüf ki, buna ən böyük müdaxilə banklar vasitəsilə edilir. Banklardakı pul dövriyyəsi də ancaq pulu olanlar arasında olur və varlı getdikcə varlı fağır da getdikcə fağırlaşır.

Bu kimi (faizli) sistemləri qəbul edən dövlətlərin iqtisadi vəziyyəti, nəşə çəkən insanın halına bənzəyir: Nəşəni alanda rahatlayır, təsiri keçəndən sonra rahatsızlığı yenə davam edir.

Bu gün tətbiq edilən iqtisadi-ekonomik sistem və bankların əksəriyyəti avropa kapitalistlərinə işləyir. Əgər biz müsəlmanıqsa, onların gəmisindən düşməliyik çünki, onlar bizi istədiyimiz limana götürməzlər. Bu səbəblə bizim Qurana əsaslanan öz iqtisadi sistemimiz olmalıdır. Təəssüf ki, müsəlmanam deyən dövlət başçılarının çoxu Allahın kitabına güvənmirlər. Halbuki Allahın kitabı bu iqtisadi problemləri çox rahat həll edəcək yolu bizə göstərməkdədir. Əgər Allahın kitabı bu cür məsələləri rahat həll edəcək gücdə olmasaydı,  o Allahın kitabı olmazdı.

Buna bənzər məlumat üçün aşağıdakı video dərsə baxa bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/faiz-ve-kredit/6576.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.